Koronavirus ticarət dövriyyəsinə mənfi təsir göstərib İqtisadiyyat
- 18 May 2020 16:49
- 2 429
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində əhaliyə 11 milyard 516,1 milyon manatlıq, o cümlədən 6 milyard 169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 346,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflətmiş və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb.
Ümumilikdə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 dəfə cox olmuşdur.
2020-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,9 faizi ticarət müəssisələri, 48,3 faizi fərdi sahibkarlar tərəfindən, 27,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5 faiz artıb, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 15,1 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları alıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
-
Borca görə tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
-
İranlı narkotacirin sifarişi ilə 12 kq narkotik əldə edən şəxs həbs olunub
-
Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb
-
Keniyada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb
-
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
-
Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub
-
Bu yollarda sıxlıq var - SİYAHI
-
İngiltərə kubokunun reqlamentində dəyişiklik edilib
-
Sülhməramlıların Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı faktorlar var - ŞƏRH
-
Respublika Pediatriya Mərkəzi yaradılıb: direktor təyin edilib
-
Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir - Kristalina Georgiyeva
-
Paytaxtda narkokuryerdən 5 kq narkotik götürülüb
-
BVF ABŞ-də yüksək əmək məhsuldarlığının səbəblərindən danışıb
-
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib
-
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
-
Bu ölkə Rusiya ilə sərhəddə sığınacaq verməkdən imtina edəcək
-
İran İsraili nüvə mərkəzlərinə hücum etməklə hədələdi
-
Gəncə, Quba və Sabirabadda ağaclar qanunsuz kəsilib
-
Fransa müstəmləkəçilik siyasətini qanunvericilik baxımından reallaşdırmağa çalışır - Komitə sədri
-
Fransa assimilyasiya siyasəti aparır - Tarixçi
-
Elə məktəb var orada problem az, eləsin də isə çoxdur - Nazir
-
“Bu durum Paşinyanı Azərbaycanla məsələlərin həllinə həvəsləndirməlidir”
-
10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşmüş sayılır...
-
“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”
-
Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir
-
“Bu addımlar eyni məqsədə xidmət edir”
-
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
-
Yeni kaledoniyalı komitə sədri: Müstəqillik mübarizəmizdə Azərbaycan xalqını yanımızda görmək çox sevindiricidir
-
“Serbiya Azərbaycanın dəstəyinə ehtiyac duyur”
-
“Rusiyanın planı Avropanı ABŞ təsirindən ayırmaqdır”
-
Senator: Fransa hökuməti kanak xalqına və Yeni Kaledoniyaya qarşı taktikasını dəyişib
-
“Serbiya xarici siyasətdə dilemmalarla üzləşir”
-
Yeni kaledoniyalı komitə sədri: Bu sözdə referendum kanak xalqının haqlarını qəsb edir
-
Ramanada evdə 2 nəfər dəm qazından zəhərlənərək ölüb
-
“Artıq Türkiyədə oturuşmuş sistem var”
-
“İki qardaş ölkənin qızıl dövrüdür”
-
İctimai qınaqla hər hansı məsələnin həll olunduğuna inanmıram - Nazir
-
Qubad İbadoğluya yekun ittiham elan edilib
-
“İkinci Qarabağ müharibəsində CHP-nin ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq”
-
Məktəblərdə hər an hansısa problem yarana bilər - Emin Əmrullayev
-
“Türkiyə ana müxalifətinin Azərbaycana qarşı mövqeyində müsbət dəyişikliklər baş verir”
-
“İnsanları küçələrə çağıran şəxsin və təşkilatın ilk növbədə buna mənəvi haqq olmalıdır”
-
Milli Məclisdə Yeni Kaledoniya ilə bağlı konfrans keçirilir
-
“Nəşrlərin satın alınması müsabiqəsi” elan edilib
-
Qazaxıstanda daşqınlar: ölənlər var
-
Azərbaycan neft məhsullarının ixracını azaldıb
-
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub
-
Ermənistan Qərbin əlində alətdir - Rusiya XİN
-
Terrorçu qrupları dəstəkləyən şəxs Azərbaycanlı şərhçiyə həmlə edib
-
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanladı
-
Sülhməramlıların getməsi Azərbaycanın yürütdüyü siyasətin məntiqi sonluğu oldu - Azər Qarayev
-
Azərbaycan at ətini hansı ölkələrə ixrac edir?
-
AQTA sədri dönər zəhərlənmələrindən danışdı
-
Ticarət şəbəkəsində vaxtı keçmiş ərzaq məhsullarına görə kim cavabdehdir?
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
-
Burkina-Faso üç fransız diplomatı arzuolunmaz şəxs elan etdi
-
İsveç Baş naziri COP29-a dəvət edilib
-
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
-
Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi
-
Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşib