“Ukrayna zərbələri müharibədə dönüş yaratmır”
25 May 20:37
25 May 20:37
25 May 20:08
25 May 18:58
6 Avqust 2020 15:35
2 240
Bu gündən etibarən Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:
- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
linki vasitəsilə onlayn formanı doldurmaqla;
- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.
Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmamışdır.
25 May 17:58
1 323
25 May 17:51
1 267
25 May 17:48
1 253