

Bakıda bu klinikalarda hər kəs koronavirus testi verə bilər - Qiymətlər
Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 130 nəfər çatıb
“Fars əyalətində texniki spirtdən ölənlərin sayı koronavirusdan ölənlərin sayından 5 dəfə çoxdur”
Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ötən illərdə olduğu kimi, 2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyətini davam etdirib.
Bu barədə nazirlikdən bildiriblər. Qeyd edilib ki, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdrilməsinə 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan verir.
2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79%-i regionların, 21%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Sahibkarların güzəştli kreditləşdirilməsi bu ildə də davam etdiriləcəkdir.