“Azərbaycan istənilən beynəlxalq tədbiri uğurla keçirə bilir” Müsahibə

“Azərbaycan istənilən beynəlxalq tədbiri uğurla keçirə bilir”

Aydın Ağayev: "ATƏT-in sessiyasında Azərbaycanın sərrast mövqeyi ortaya qoyuldu"

ATƏT Parlament Assambleyasının (PA) Azərbaycan paytaxtında keçirilən 23-cü yay sessiyası başa çatsa da hələ də müzakirə mövzusu olaraq qalır. Qeyd edək ki, sessiya bir sıra maraqlı hadisələrlə yadda qaldı, müxtəlif qərarlar, o cümlədən Bakı bəyannaməsi qəbul olundu.
Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev "Xalq Cəbhəsi"nə müsahibəsində sessiya, qəbul olunan qərarlar və onun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşdü.

- Bu böyük tədbirin Bakıda keçirilməsi ərəfəsindəki vəziyyətə toxumaq istəyirəm. Son illər, xüsusilə də son bir ildə beynəlxalq aləmdə müxtəlif aspektlərdən Azərbaycana diqqət gündən-günə artır. Bunun əlbəttə konkret səbəbləri var. Bu diqqətin hamısını ölkəmizə müsbət baxış kimi qeyd etməzdim. Burada həm müsbət, həm də bizi qane etməyən baxışlar var. İndiki şəraitdə dövlətimizin gücü, siyasətimizin kəsəri də məhz bu məqamlarda özünü göstərməlidir və göstərir də. Pozitiv münasibət əlbəttə bizi sevindirir. Bunun əksi olan münasibətə biz mövqeyimizi bildirməliyik. Hazırda dünya çox qarışıq vəziyyətdədir. Dünyada çox güclü, bir sıra hallarda idarəolunmaz proseslər gedir. Dünya çalxalanır. Belə bir şəraitdə gənc müstəqil dövlət kimi Azərbaycan özünü qorumağı bacarmalıdır. Bütün təhdid xarakterli çağırışları vaxtında görməli və ona qarşı ölkənin milli mənafelərinin qorunması mənasında siyasətini açıq aşkar dünyaya göstərməli və bu siyasətdən doğan addımlar atmalıdır. Son hadisələr göstərdi ki, həqiqətən də Azərbaycan dövləti bütün bu məsələlərə hazırdır.
Baş verənləri kompleks şəkildə dəyərləndirmək üçün, Bakıda ATƏT-in sessiyası keçirilməzdən öncəki ərəfəyə nəzər salmaq lazımdır. Bu ərəfədə iki aspekt xüsusilə diqqətçəkici idi.

- Hansı aspektləri nəzərdə tutursunuz?

- Azərbaycanın AŞPA Hazirlər Kabinetinə sədrlik müddəti başlanmazdan bir müddət öncə Azərbacanla bağlı həm uzaq xarici KİV-lərdə, həm region mətbuatında, həm də ölkə mediasında yazıların sayı artdı. Bu yazılarda hansı atmosferin formalaşdırıldığının şahidsiniz. İlk növbədə nəzərə almaq lazımdar ki, bizim rəqibimiz, indiki halda konkret düşmənimiz Ermənistan bu situasiyadan yararlanmağa çalışırdı. Onlara isə Avropada və dünyanın bir sıra yerlərində ermənipərəst qüvvələr dəstək olurdular.
Belə qlobal, mürəkkəb prosesləri çox zaman unudan yerli müxalifətin nəzarətində olan KİV-lər də bu antiazərbaycan çağırışlarına, xarici və regional KİV-lərdə Azərbaycanın milli mənafelərinə zidd olaraq formalaşdırılan rəylərə dəstək olurdular və onlardan yararlanmağa çalışırdılar...
Belə bir məqamda dövlət və onun xarici siaysəti öz gücünü, haqq yolda olduğunu, dünyada mütərəqqi dövlət olduğunu, dünyada gedən mütərəqqi proseslərə töhfə verəcək gücdə olan ölkə olmasını göstərməliydi. Bu mənada mən, Azərbaycan prezidentinin AŞPA-da etdiyi parlaq və strateji xarakterli çıxışını xüsusilə qeyd etmək istirəm. Bu çıxış Azərbaycanla bağlı bütün məsələlərə cavab verdi. Bu çıxış Azərbaycanın necə dövlət olduğunu, indiki vəziyyətin necəliyini və dövlətimizin hansı siyasi, iqtisadi, mədəni, mənəvi və digər amalları rəhbər tutaraq işıqlı gələcəyə doğru getdiyini dünyaya göstərdi. Eyni zamanda antiazərbaycan qüvvələrinin olduqca qərəzli münasibətinə kifayət qədər aqumentli cavab oldu. Bu, göstərdi ki, Azərbaycanda doğrudan da gündən-günə güclənən dövlət faktoru ilə həm bölgədə, həm də dünyada artıq hesablaşmalıdırlar. Azərbaycan həm bölgədə, həm də dünyada sabitlik proseslərinə töhfə verən bir dövlətdir. Bu ərəfə dediyimiz günlərdə dövlət başçısının məlum çıxışı bizi istəyən və bizə qarşı olan qüvvələrin Azərbaycana diqqətini daha da artırdı. Bundan sonra heç bir fasilə verilmədən ATƏT Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatın yaz sessiyasının Bakıda keçirilməsi ölkəmizə olan diqqəti daha da artırdı.

- ATƏT PA-nın yaz sessiyası ərəfəsində müxtəlif suallar meydana çıxmışdı. Ölkəmizə qarşı qərəzli mövqedə dayanan qüvvələr olduqca pessimist proqnozlar verirdilər...

- Amerika ilə Rusiya arasında Ukrayna ilə bağlı yaranmış durumla bağlı bu sessiyada aparılacaq müzakirələr və bu kontekstdə Azərbaycanın necə mövqe sərgiləyəcəyi, bu məsələyə necə yanaşacağı da daha diqqət mərkəzində idi. Bilirsiniz ki, Ukrayna ilə bağlı qətnamə layihəsi vardı və bundan öncə müzakirələr gedirdi ki, Azərbaycan siyasətini çətin vəziyyət gözləyir.
Diqqəti Azərbaycana yönəldən başqa bir aspekt isə daxili siyasi proseslər, insan haqları ilə bağlı məsələlərdə guya hakimiyyətin çətin vəziyyətə düşəcəyi ilə əlaqədar proqnozlarla bağlı idi. Ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən bəzi ölkələrin təmsilçiləri sessiyaya gəlməzdən öncə yönləndirici müsahibələr verir, Azərbaycanın hakimiyyət nümayəndələri də tutarlı arqumentlərlə qarşı tərəfin cavabını verirdilər. Bu prosesdə təkcə xarici dairələr deyil, Azərbaycan müxalifətinin radikal qruplarının qnəzarətində olan mətbuat orqanları xüsusi canfəşanlıq edirdi. Bütün bunlara baxmayaraq Azərbaycan olduqca mühüm bir beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi.
Qeyd edim ki, belə tədbirlərin təşkili asan məsələ deyil. Biz, dünyaya sübut etdik ki, Azərbaycan istənilən böyük beynəlxalq tədbiri uğurla keçirə bilir. Ona qədər biz, ölkəmizə parlament xətti ilə TURKPA-nın toplantısı keçirilmişdi. Prezidentin AŞPA-dakı tarixi çıxışından sonra artıq hamı bildi ki, Bakı çox ciddi beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzdir və burada çox ciddi məsələlər müzakirə olunacaq.

- Tədbirin nəticələrilə bağlı nə deyə bilərsiniz? ATƏT PA-nın yaz sessiyasından Azərbaycan hansı dividentləri əldə etdi?

- Burada mən bir neçə məsələni vurğulamaq istəyirəm. Həzərinizə çatdırım ki, Amerika senatoru Benjamin Kardinin məlum qətnamə layihəsi ətrafında yaradılan hay-küy və layihə iəl bağlı zərbaycanın mövqeyi hər kəsə bəllidir. Azərbaycan bizim üçün çətin məsələ adlandırılan bu vəziyyətdə özü üçün uğurlu və faydalı bir mövqe ortaya qoya bildi. Əgər söhbət bir ölkənin ərazi bütövlüyünün pozulmasının pislənməsindən gedirsə, Azərbaycan buna qarşı ədalətili mövqe nümayiş etdirməliydi. Azərbaycan qəti olaraq bildirdi ki, "Əgər siz, Ukraynanın ərazi bütövlüyünün pozulması məsələsini pisləyirsinizsə, bunu qətnaməyə salırsınızsa, dünyaya bəyan edirsinizsə, ərazi bütövlüyümüzün pozulması ilə bağlı 20 ildir danışdığımız məsələyə niyə diqqətt yetirmirsiniz?". Bu müzakirələrdən Azərbaycan və ATƏT üçün çıxan nəticə o oldu ki, əgər bundan sonra bu cür sənədlər qəbul olunacaqsa, buna selektiv yanaşmaq qətiyyən mümkün olmayacaq. Burada seçmə, ayırma ola bilməz. Ərazi bütövlüyünün pozulmaması Azərbaycan üçün çox mühüm məsələdir. Çünki ölkəmizin ərazi bütövlüyü pozulub və 20 ildən artıqdır ki, bu barədə danışırıq. Adətən danışıqlar prosesində və bu prosesin ətrafında aparılan müzakirələrdə erməni tərəfi məlum beynəlxalq sənədin ikinci hissəsinə - öz müqəddəratını təyinetmə prinsipinə diqqət çəkir. Məhz bu baxımdan, bu məsələ ilə bağlı Azərbaycan tərəfinin münasibətinin mühüm siyasi əhəmiyyəti oldu.
Yəni birmənalı şəkildə qeyd olundu ki, öz müqəddəratını təyinetmə prinsipi o halda təmin oluna bilər ki, dövlətlərin ərazi bütövlüyü məsələsi toxunulmaz qalsın. Yalnız bu toxunulmazlıq müstəvisində ikinci məsələyə münasibət bildirilə bilər. Bu mənada sessiyada qətnamə ilə bağlı müzakirələrdə Azərbaycanın mövqeyinin strateji hədəfi olduqca sərrast oldu, məqsədinə çatdı.

- Aərbaycanda bəzi mətbuat orqanları yazırdı ki, bu sessiyanın Bakıda keçirilməsi Rusiya Azərbaycan münasibətlərinə xələl gətirəcək və ciddə problemlərə yol açacaq...

- Azərbaycan Rusiya ilə qonşudur. Rusiya böyük dövlətdir, Azərbaycan bu ölkə ilə normal qarşılıqlı siyasətin davam etməsində maraqlıdır. Bakı Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin qorunub saxlanmasına həmişə diqqət yetirib. Rusiyada da bunu bilirlər. Onu da nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və s. məsələlərdə biz, Rusiya faktorunun çoxcəhətli səciyyələrini gözəl anlayırıq. Belə bir şəraitdə kimlərinsə arzuladığı kimi bu qətnamə layihəsi Azərbaycanı çətin vəziyyətə salmadı. Rusiya tərəfinin də məsələyə münasibəti bunu açıq-aşkar göstərdi. Azərbaycan heç bir ziyan çəkmədi və digər tərəfdən özünün milli mənafeyinin tələb etdiyi sərrast mövqe nümayiş etdirdi. Rusiya nümayəndələrənin bu məsələdə sessiyada və sessiyadan sonra tutduqları mövqe də bizi qane edir.

Əli