21 Noyabr 2025 16:05
3 752.png)
Misli Premyer Liqasının XII turunda "Kəpəz" səfərdə "Karvan-Yevlax"a qalib gəlib.
Yevlax şəhər stadionunda baş tutan turun açılış matçında qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
Hesabı "sarı-göylər"dən Luis Paçu açıb. O, 14-cü dəqiqədə başla dəqiq oynayıb. 31-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşib. Araz Abdullayev topu qapıçı Yusif İmanovun ayaqları arasından tora göndərib.
Gəncəlilərin qələbə topunu isə Rauf Hüseynli vurub. Futbolçu 76-cı dəqiqədə kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "Kəpəz" turnir cədvəlində sonuncu pillədən qurtularaq onuncu sıraya yüksəlib. "Karvan-Yevlax" isə 5 xalla 12-ci pilləyə "yuvarlanıb".
07:26
770
5 İyul 20:01
1 414
5 İyul 20:00
1 421