Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.