17:02
469
Hindistanın paytaxtı Yeni Dehlidə hava keyfiyyəti səkkiz gündür ki, “çox pis” səviyyədə qalır.
Xalqcebhesi.az xəbər verir ki, Hindustan Times qəzetinin məlumatına görə, Yeni Dehlinin 24 saatlıq orta Hava Keyfiyyəti İndeksi (AQI) 370 olaraq ölçülüb.
Məlumatlar göstərdi ki, Nyu-Dehlinin hava keyfiyyəti ardıcıl 8-ci gündür ki, "çox pis" kateqoriyasındadır.
Çirklənməyə Nəzarət Mərkəzi İdarəsi havanın keyfiyyətinin bazar ertəsi 351, çərşənbə axşamı 374, çərşənbə günü isə 392 olduğunu bildirib.
Mütəxəssislər havanın çirklənməsi ilə bağlı vəziyyəti "ictimai sağlamlıq üçün fövqəladə vəziyyət" kimi xarakterizə ediblər.
Həkimlər maskaların və hava təmizləyicilərinin müəyyən qoruma təmin etdiyini vurğulayıblar, lakin problemi həll etmək üçün il ərzində tətbiq olunan siyasət dəyişikliyinə ehtiyac var.
Bildirilib ki, xəstəxanalarda tənəffüs orqanlarının və havanın çirklənməsi ilə bağlı hallar 10-15 faiz artıb.
Araşdırmaya görə, Yeni Dehlidə hər 10 evdən 8-də bir ay ərzində ən azı bir nəfər hava çirkliliyi səbəbindən xəstələnib.
Məryəm Quliyeva