FHN-in qurumları arasında sərbəst güləş çempionatı keçirilib İdman

FHN-in qurumları arasında sərbəst güləş çempionatı keçirilib

19-21 noyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun güləş zalında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionata yekun vurulub.

Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 8 komandasından 65 nəfərə yaxın əməkdaş iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə idman tədbirlərinin davamı olaraq sərbəst güləş yarışının keçirilməsindən, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş əməkdaşları və komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti idarə edib.

Gərgin idman şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:

57 kq çəkidə

I yer – Əziz Babayev (Mülki müdafiə qoşunları (MMQ))

II yer – Ömər Babazadə (MMQ)

III yer – Rəşid Sadıqov (Xüsusi Riski Xilasetmə Xidməti (XRXX))

III yer –Yusif Soltanlı (Dövlət Yanğından Mühafizə Xidməti (DYMX))

61 kq çəkidə

I yer – Sədrəddin Həsənov (XRXX)

II yer – Ramal Əhədli (DYMX)

III yer – Ümidəli Musayev (DYMX)

III yer – Emil Səfərli (FHN Akademiyası (FHNA))

65 kq çəkidə

I yer – Cəlal Süleymanov (XRXX)

II yer – Əli Həsənli (FHNA)

III yer – Nadir Nadirli (DYMX)

III yer – Tural Nəbiyev (DYMX)

70 kq çəkidə

I yer – Mahir Mahmudov (MMQ)

II yer – Rəşid Rüstəmli (XRXX)

III yer – Əhliman Quliyev (FHNA)

III yer – Həsən Seyidov (DYMX)

74 kq çəkidə

I yer – Asif Nuriyev (DYMX)

II yer – Elxan Nəbiyev (DYMX)

III yer – Ariz Hüseynov (MMQ)

III yer – Muxtar Muxtarlı (MMQ)

86 kq çəkidə

I yer – Sabir Cəfərov (MMQ)

II yer – Tural Əkbərov (DYMX)

III yer – Rəvan Bababyev (XRXX)

III yer – Beyrək Əlizadə (Cənub Regional Mərkəzi)

97 kq çəkidə

I yer – Seymur Musayev (DYMX)

II yer – Elman Qasımov (DYMX)

III yer – Nurlan Kırimov (XRXX)

III yer – Özcan Kərimov (FHNA)

125 kq çəkidə

I yer – Yaşar Zamanov (DYMX)

II yer – Tural Usyenov (DYMX)

III yer – Ədalət Məmmədov (MMQ)

III yer – Ramin Əsədov (MMQ)

Xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası, 2-ci yerə Mülki müdafiə qoşunlarının komandası, 3-ci yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası sahib olub.

Çempionatın əzmkar komandası adına FHN-in Akademiyasının komandası layiq görülüb. İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti obyektiv hakimlik xidmətlərinə görə, habelə Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.