Antalyada Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısı keçiriləcək Siyasət

Antalyada Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısı keçiriləcək

BAXCP katibi Elçin Mirzəbəyli və BAXCP sədrinin köməkçisi Aydın Məmmədov tədbirdə iştirak edəcəklər


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli və BAXCP sədrinin köməkçisi Aydın Məmmədov Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısında iştirak etmək üçün dünən Türkiyəyə yola düşüblər. Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısının martın 18-19-da Antaliyada baş tutacağı gözlənilir. 2 gün davam edəcək zirvə toplantısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun himayəsi altında keçiriləcək. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının da üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısında regiondakı vəziyyət və təhlükəsizliklə bağlı problemlər, əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, BAXCP ötən ildən etibarən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvüdür.