Donald Tramp miqrantların Fransanı ələ keçirdiyini bildirib Dünya

Donald Tramp miqrantların Fransanı ələ keçirdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini bəyan edərək, bu ölkənin hakimiyyət orqanlarını dərhal sərhədləri bağlamağa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədləri sürətlə bağlamaq lazımdır", — deyə Amerika lideri bildirib.

Tramp daha əvvəl də dəfələrlə Parisi dövlət sərhədlərini tez bir zamanda bağlamağa çağırıb. O, "tamamilə fərqli bir dünyadan olan insanların immiqrasiyası"nın Fransanı darmadağın etdiyini və bir zamanlar möhtəşəm olan bu ölkəni məhv etdiyini vurğulayıb.

Məryəm Quliyeva