Cəbrayıl, Qubadlı və Zəngilanda 308 945 ha minadan təmizlənib
Cəbrayılda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
“Makron Fransanın ən uğursuz daxili siyasət həyata keçirən prezidenti kimi tarixə düşür”
Azər Allahverənov Leadership Force Academy-nin direktoru Nurettin Ağdaşanı qəbul edib
Misir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisi olub
14:40
560
“Qeyri-neft-qaz sektorunun 2,6 faiz artmasına baxmayaraq ümumilikdə iqtisadi artım ona görə 1,5 faiz təşkil edib ki, çünki neft sektoru kiçilib”.
Bunu xalqcebhesi.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib.
X.Kərimli əlavə edib ki, neft sektorunda 1,2 faiz kiçilmə olub: “Neft-qaz sektoru ümumi iqtisadiyyatın əsas komponentlərindən biridir, iqtisadiyyatın üçdə biri orada formalaşır. Ümumi şəkildə də iqtisadi artımımız ləngiyib. İkincisi, neft-qaz sektorunu artırmaq imkanlarımız məhduddur. Çünki neft hasilatı azalır, qazda da boru xəttimizin həcmi məhduddur. Yəni o hasilatı artırmaq imkanlarımız məhduddur. Çıxış yolu isə odur ki, qeyri-neft-qaz sektorunu inkişaf etdirməliyik. Yəni faktiki iqtisadi artımımızı sürətləndirmək üçün qeyri-neft-qaz sektoru inkişaf etməlidir, qeyri-neft-qaz ixracı artmalıdır”.
Röya İsrafilova