Ukraynanın Rovno şəhərində əsas dərman anbarı vurulub Gündəm

Ukraynanın Rovno şəhərində əsas dərman anbarı vurulub

Ukraynanın Rovno şəhərində ölkənin ən böyük dərman preparatları distribütorlarından biri olan "BaDM" şirkətinin anbarına zərbə endirildiyi qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna "Telegram" kanalları və sosial şəbəkə səhifələri məlumat yayıb.

Dəymiş ziyanın miqyası və hər hansı xəsarət alanların olub-olmaması barədə məlumatlar hələlik verilmir.

Məryəm Quliyeva