"Bu asan deyil": Rubio Ukraynada sülh perspektivləri barədə danışıb Gündəm

"Bu asan deyil": Rubio Ukraynada sülh perspektivləri barədə danışıb

ABŞ Ukraynadakı münaqişənin diplomatiya yolu ilə başa çatmalı olduğunu hesab edir, lakin hazırkı məqamda buna nail olmağın çətinliyini etiraf edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bəyan edib.

"Mövcud vəziyyət belədir - bunu danışıqlarda müzakirə etmək və nizamlanmaya nail olmaq çətindir. Əgər bu müharibəni danışıqlar yolu ilə başa çatdırmaq şansı yaranarsa - biz də müharibənin məhz bu cür yekunlaşacağını düşünürük - Birləşmiş Ştatlar vasitəçi rolunu oynamağa hazır və qadirdir. Lakin bu, asan məsələ deyil", - deyə o, "Breitbart News" portalına müsahibəsində bildirib.

Rubio vurğulayıb ki, ABŞ mümkün həll yollarının axtarışı üçün səylərini davam etdirəcək, lakin eyni zamanda Vaşinqtonun xarici siyasətdə başqa prioritetlərinin də olduğunu qeyd edib.

Məryəm Quliyeva