Papuaşvili: "Gürcüstanda külək əkən Aİ indi öz evində qasırğa biçir" Dünya

Papuaşvili: "Gürcüstanda külək əkən Aİ indi öz evində qasırğa biçir"

Avropa İttifaqı zamanında Gürcüstanda etirazlar təşkil etdiyi üçün indi kütləvi aksiyalarla öz ölkələrində qarşılaşıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyan edib.

"Məhz Gürcüstanda külək əkdikləri üçün Aİ-nin müxtəlif şəhərlərində qasırğa biçdilər. Bu, zorakılığı dəstəkləyən və maliyyələşdirən hər kəsə qarşı çevrilən bir məntiqdir və Brüssel bu məsələdə yaxşı nümunədir. Zorakılığı dəstəkləyib maliyyələşdirəcəksənsə, onu öz evində alacaqsan", - deyə Papuaşvili brifinqdə bildirib.

O, həmçinin qeyd edib ki, Avropa Komissiyası Fransadakı nümayişçilərin zorakılığını pisləyib, lakin Gürcüstan hakimiyyəti son illərdə Tbilisidə baş verən iğtişaşların bu cür pislənilməsini görməyib. Papuaşvilinin sözlərinə görə, bu, 2019-cu ilin iyunundan bəri Gürcüstandakı etirazlar zamanı yaşanan zorakılıqların arxasında Brüsselin özünün dayandığını göstərir. Papuaşvili bəyan edib ki, polisə daş və "Molotov kokteyli" atan, həmçinin parlamentə və prezident sarayına hücum edən şəxslər Aİ fondları tərəfindən maliyyələşdirilib.

Məryəm Quliyeva