“Makron Fransanın ən uğursuz daxili siyasət həyata keçirən prezidenti kimi tarixə düşür” Siyasət

“Makron Fransanın ən uğursuz daxili siyasət həyata keçirən prezidenti kimi tarixə düşür”

“Fransada son illər baş verən iğtişaşlar, etiraz aksiyaları və siyasi böhran Emmanuel Makron hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Ölkədə demokratiya, insan hüquqları və sosial təminatlarla bağlı problemlər Makronun daxili siyasətinə ciddi narazılıq yaradır”.

Bunu politoloq Şakir Ağayev Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Makron hakimiyyəti dövründə Fransada dəfələrlə etiraz aksiyaları baş verib, hökumət böhranları yaşanıb, nazirlər kabineti istefaya gedib, baş nazirlər və nazirlər dəyişdirilib:

“Birincisi, Fransada Emmanuel Makronun hakimiyyəti dövründə demək olar ki, son dövrlər bu, demək, narahatdır. İğtişaşlar daimi olub və yadınıza düşür, Sarı jiletlilər hərəkatı, sonra başqa hərəkətlərin də tələbləri, hərəkatları… Bunlar hamısı, təbii ki, Makronun yürütdüyü sərt siyasətin nəticəsidir.Makron demək olar ki, Fransa xalqının təmsilçiliyindən çıxıb, daha çox öz maraqları baxımından və başqa dövlətlərə müdaxilə baxımından daha çox işlər görüb. Makronun hakimiyyətinin axırıncı dövrlərində də gördük ki, neçə dəfə Nazirlər Kabineti istefaya verilib, neçə dəfə nazirlər, baş nazir dəyişilib, hətta büdcə parlamentdə qəbul olunub.Yəni bütün bunların hamısı göstərir ki, adı orada və dəyərlər orada qeyd edilsə də, çox vaxt elə olur ki, başqalarına təqdim etdiyi dəyərləri Makron öz ölkəsində qorumur. Demokratiya, insan hüquqları, sosial təminatlar Makron üçün maraqlı olmadığına görə məhz bu hadisələr baş verir”.

Politoloq vurğulayıb ki, Makron Fransanın ən uğursuz daxili siyasət həyata keçirən prezidenti kimi tarixə düşür: “Ölkədəki son hadisələr və hakimiyyətin üzləşdiyi çətinliklər Fransa prezidentinin nüfuzunun zəiflədiyini göstərir”.

Ş.Ağayev beynəlxalq təşkilatların Fransada baş verən hadisələrə münasibətinin də ikili standartların növbəti təzahürü olduğunu bildirib:

“Bu məsələlərə görə gözləyirsiniz, gördüyünüz gözləyə bilərikmi Fransaya qarşı bu ikili standartlar baxımından kimsə Fransada demokratiyanın pozulması, iğtişaşlara zorakı müdaxilə haqqında fikirlər yürüdür? Xeyr, bu gözlənilmir. Çünki biz Avropanın və dünyanın ikili standartlarının həmişə şahidi olmuşuq, görmüşük.

Mən gözləmirəm o beynəlxalq təşkilatların Makronun davam etməsinə münasibət bildirməsini, çünki onların bütün dövlətlərə qarşı münasibəti həmişə ikili standartlardan çıxış edib. Amerika prezidenti Trampdan başqa heç kim çıxış etməyib. Tramp Fransa hakimiyyətini tənqid edib, o da insan hüquqlarına görə yox, əksinə, qapıları bağlamamasına, sərhədləri bağlamamasına və sairə görə.

Gözləmirəm ki, bu ikili standartlar Fransadakı mitinqlərə, iğtişaşlara münasibətdə özünü göstərməsin. Yenə də ikili standartlar tətbiq olunacaq. Başqa kiçik ölkələr olsaydı, bu gün bilirik ki, hansısa bir hadisəyə görə böyük bir fırtına qaldırardılar, amma görürsünüz, hamısı susub, hamısı danışmır. Bu da gözlənilən bir hal idi.

Çünki Avropa dövlətlərini Makron, Merz və başqaları, Avropa Birliyinin rəhbərləri idarə etdikcə, onların maraqları çərçivəsində bu ikili standartlar daimi olacaq”.

Günel Elxan