Cəbrayıl, Qubadlı və Zəngilanda 308 945 ha minadan təmizlənib
Cəbrayılda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
“Makron Fransanın ən uğursuz daxili siyasət həyata keçirən prezidenti kimi tarixə düşür”
Azər Allahverənov Leadership Force Academy-nin direktoru Nurettin Ağdaşanı qəbul edib
Misir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisi olub
14:36
525
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların ümumi həcmi 3,6 milyard ABŞ dolları təşkil edir.
“İki ölkə arasında ticarət dövriyyəsinin illik həcmi 1 milyard 400 milyon ABŞ dollarına bərabərdir. Bu göstəricinin 2 milyard ABŞ dollarına çatdırılması hədəflənib”, - deyə səfir əlavə edib.
Faiq Quliyev qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında mövcud sıx siyasi-iqtisadi münasibətlər onların strateji tərəfdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi üçün güclü zəmin yaradır.