Misir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisi olub Mədəniyyət

Misir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisi olub

Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Tarek Aboul Fotouh rəssam Tofiq Tağızadənin rəsm əsərlərindən ibarət sərginin açılışını edib.

Xalqcebhesi.az xəbər verir ki, rəssam qarşılaşdığı çətinliklərə baxmayaraq, öz istedadı ilə fərqləndiyini və yaradıcılıq qabiliyyətini yüksək səviyyədə sübut edib.

Onun bu möhtəşəm yaradıcılığı sübut edir ki, bəzən rənglər və xətlər sözlərin ifadə edə bilmədiyi hissləri insanlara çatdırır. İlahə Nuriyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən millət vəkili cənab Fuad İsgəndərov bu sənət əsərlərini yüksək qiymətləndirmiş və gənc rəssam Tofiq Tağızadəyə daha böyük uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıb.

Bundan başqa tədbirdə Dilarə Nağıyeva və bir çox istedaslı rəssam və sənət adamları da iştirak edib. Mərkəzdə keçirilən bu tədbir xüsusi qayğıya ehtiyacı olan şəxslərin sənət əsərlərini nümayiş etdirmələrinə, cəmiyyətə inteqrasiyalarına dəstək və təşviq məqsədi daşıyır.

Cavid