Mövqelərimizi yenidən gücləndirməliyik” Siyasət

Mövqelərimizi yenidən gücləndirməliyik”

İslam Hüseynov: "Etiraf edim ki, bizim birliyimizə ciddi zərbə vuruldu, bunun fəsadlarını hələ də hiss edirik"

3-4 iyun tarixində Bakıda dünya azərbaycanlılarının növbəti qurultay;keçiriləcək. Tədbirdə dünyanın 49 ölkəsindən 500- ə qədər nümayəndənin iştirakı gözlənilir. Həmçinin Dünyada tanınan və Azərbaycana qarşı isti münasibəti olan 500-ə yaxın əcnəbi qonağın da bu tədbirdə iştirak etməsi üçün Bakıya gələcəyi gözlənilir. Tədbirdə qurumların gördüyü son işlər müzakirə olunaraq gələcəkdə görəcəkkləri işlər müzakirə olunacaq. Görüş zamanı Azərbaycan reallıqlarının dünya itcimaiyyətinə çıxarılması əsas müzakirə mövzularından biri olacaq. Ümumrusiya Azərbaycanlıları Konqresinin Ullyanovs şöbəsinin katibi İslam Hüseynov konfransdan gözləntiləri və Azərbaycan disporasının Rusiyada üzləşdiyi problemlər barədə danışıb.
O, bildirib ki, Bakıya səfəri strateji xarakter daşıyır: "Bu təkcə mənim tarixi vətənimə səfər edib köhnə və yeni dostlarla görüş olmayacaq. Səfərdə Azərbaycan diasporaunun kursu, inkşafı da əsas müzakirə mövzularından olacaq. Biz işimizi elə qurmalıyıq ki, fəaliyyətimiz Azərbaycanın, xalqımızın xeyrinə olsun. Biz hazırda çox çətin bir dövrdə yaşayırıq. Hazırda Azərbaycan və Rusiya kimi suveren dövlətlərə qarşı bir sıra ölkə və qurumlar öz siyasətlərini diktə etmək istəyirlər. Biz kimlərinsə gözəl sözlərinə qulaq asıb onların gəlib bizim evimizdə ağalıq etmələrinə imkan verməməliyik. Mənim fikrimcə bizim millətin sağalmayan yarası olan Qarabağ konflikti də hazırda alovlanıb. Dünyanın istənilən yerində yaşayan azərbaycanlılar sözü və əməlləri ilə xalqımızın yanında olmalıdılar. Mən əminəm ki, xaricdə yaşayan diaspora qurumları ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün hər şey edirlər. Onlar ölkəmizin nüfuzunu və avtoritetini qaldırmalıdılar. Xaricdəki həmyerlilərimiz ictimaiyyət içərisində ölkəmizin maraqlarını müdafiə edib doğru olan şeyləri danışmalıdılar. Ölkəmizə qarşı olan böhtan və yalanları isə ifşa etməlidilər. Mən hesab edirəm ki, bu səfər bizə bir sıra məsələlər barədə fikirləşməyə, vacib suallara cavab almağa kömək edəcək. Həmçinin aktiv fəaliyyət üçün yeni impuls almağımıza da səbəb olacaq. Səfərdə gənclərlə bağlı proqramımız da əsas yerlərdən birini tutur".
O, əlavə edib ki, biz gənclərlə dəyərlərimizi bölüşməli, təcrübəmizi onlara ötürməliyik: "Həmçinin bu gənclər öz keçmişləri ilə əlaqəni pozmamalıdılar. Onların əksəri başqa ölkələrdə doğulublar. Onlar bizim dilimizə, mədəniyyətimizə, ənənələrimizə sahib çıxmalıdılıar. Bundan əlavə bu gənclər bizim işimizi davam etdirməyə hazır olmalıdılıar. Ulyanovskda artıq 8 ildir ki, həftənin bazar günləri Azərbaycan dili məkətbi fəaliyyət göstərir. Həmçinin məktəbdə Azərbaycanın milli mədəni tarixini əks etdirən muzey də mövcuddur. Bizim regional şöbənin gənclər qanadı bir sıra layihələri uğurla həyata keçirir. Gənclərimiz KVN yarışlarında iştirak edir, xeyriyyə aksiyaları təşkil edirlər. Bizim "Neftçi" ÜAK mini futbol komandamız da var. Bu komanda xalqlar dostuluğu kubokunda və şəhər çempionatında da çıxış edir. Hazırkı məqamda biz yalnız qüvvətlənməliyik. Gənclərlə iş bizim səfər proqramımızın önəmli yerlərindən birini tutur. Şəxsən mən ümid edirəm ki, bu səfər çox səmərəli olacaq".
O, Azərbaycanın Rusiyadakı disporunun problemlərindən də danışıb: "Rusiyadakı diaspor dünya üzrə böyük və təsirli qurumlardan biridir. Diaspora qarşı pis fikirli və pis niyyətli insanların çirkin planları olub. Heç kimə sirr deyil ki, bir müddət öncə bizim sıralarımızda çaxnaşma yaratmağa cəhdlər oldu. Mən AzərRos ətrafında cərəyan edən hadisələri nəzərdə tuturam. Mən hesab edirəm ki, olanlar şəxsən bir nəfərin abmbisiaları deyildi. Təxribat yaratmağa cəhd edənlər Rusiya və Azərbaycanın dostluq və əməkdaşlıq münasibətlərini korlamaq istəyən qüvvələr idi. Allaha şükürlər olsun ki, sağlam qüvvələrin birgəliyi sayəsində biz bölünmənin qarşısını ala bildik. Etiraf edim ki, bizim birliyimizə ciddi zərbə vuruldu, bunun fəsadlarını hələ də hiss edirik. Məncə bizim ən ciddi problemimiz budur. Baş verənlərdən sonra biz nəticə çıxarmalı və birgəliyimizi daha da bərkitməliyik. Mövqelərimizi yenidən gücləndirməliyik".