Dövlət başçısı Qazaxıstanın müdafiə nazirini qəbul edib Siyasət

Dövlət başçısı Qazaxıstanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın müdafiə naziri Serik Axmetovu qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uurla inkişaf etdiyi vurğulanıb, Qazaxıstanın müdafiə nazirinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.