“Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb” Siyasət

“Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb”

Əli Hüseynli: "Bu, Azərbaycan gəncinin vətənə bağlılığını göstərir"

"Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb. Bu, Azərbaycan gəncinin vətənə bağlılığını göstərir". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O, bildirib ki, aprel döyüşləri gənclərin düşmənlə sona qədər döyüşdüyünü isbat etdi:"Azərbaycan dövlətinə böyük tarixi olan dövlət kimi baxmalıyıq. Müasir gənclər Azərbaycanı dünyada tanıdıblar, buna görə onlara təşəkkür düşür. Heydər Əliyevin nəsihətləri gənclər tərəfindən dürüst icra olunur. Ölkəmizdə vətənpərvər, mübariz gənclər ordusu formalaşıb. Azərbaycan gəncləri Ermənistanın siyasətini dünyada ifşa edirlər".