UKMTO: Oman sahillərində tanker hücuma məruz qalıb Gündəm

UKMTO: Oman sahillərində tanker hücuma məruz qalıb

Oman sahillərindən 19 km şərqdə tanker mərmi ilə vurulub, heyət üzvləri xəsarət almayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Omanın Xəsəb şəhərindən 19 km şərqdə baş vermiş insident barədə məlumat alıb. Bildirilir ki, tankerə naməlum mərmi dəyib və gəminin sol bortunun strukturuna cüzi ziyan vurub. Heyətin bütün üzvləri təhlükəsizlikdədir, ətraf mühitə hər hansı ziyanın dəyməsi barədə məlumat daxil olmayıb", — deyə UKMTO-nun bəyanatında bildirilir.

Məryəm Quliyeva