“Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib” Siyasət

“Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib”

Rufiz Qonaqov: "Burada heç zaman antisemitizm hallarına rast gəlinməyib"

"Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm hallarına rast gəlinməyib". Bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqovun sözlərinə görə, mərhum prezident Heydər Əliyev beynəlxalq tədbirlərdə dəfələrlə İsrail rəsmilərilə, Şimon Pereslə, İsak Rabin, Benyamin Netanyahu və digər dövlət nümayəndələrilə görüşüb, müzakirələr aparıb: "1997-ci ildə cənab Netanyahu Bakıya səfər edib. Sonrakı illərdə də iki ölkə rəsmiləri arasında müxtəlif səpkili görüşlər olub. 2009-cu ilin iyununda Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti nümayəndə heyətilə birlikdə Azərbaycana rəsmi səfərə gəlib. İsrail prezidenti Şımon Peresin səfəri zamanı kommunikasiya, təhsil, elm və texnologiya sahələri üzrə müqavilələr imzalandı. Bizim çox güclü mədəni, siyasi əlaqələrimiz var. Beynəlxalq səviyyəli tədbirlərdə, müzakirələrdə bir-birimizə dəstək veririk. İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. Neftə olan tələbatının 30 faizini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir. Hazırda İsrail Azərbaycan qazını almağa maraq göstərir. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Bizim uğurlu hərbi əməkdaşlığımız var. Bu ilin aprel ayında cəbhədə baş verən 4 günlük hərbi əməliyyat zamanı İsraildən aldığımız silahların əldə etdiyimiz uğurda çühüm rol oynadılar".
İsrailin baş nazirinin Bakı səfərindən bəzi qüvvələrin narahat olmasına gəlincə R.Qonaqov hesab edir ki, narahatlıq üçün heç bir əsas görmür: "Əvvəla, İsrail Azərbaycandan başqa digər müsəlman dövlətlərilə də münasibətlər qurub. Məsələn, Fələstinlə bir çox ortaq dəyərləri bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub. İsrailin özündə kifayət qəfər müsəlman yaşayır, parlamentdə, dövlət qurumlarında təmsil olunurlar. Netanyahu Bakıdan sonra Astanaya səfər edib. Qazaxıstan da müsəlman ölkəsidir. Bizim İsraillə münasibətlərimizi kəsmək üçün heç bir ciddi əsasımız yoxdur. Bizim Fələstinlə də münasibətlərimiz yaxşıdır. Fələstin administrasiyası ilə hələ 1992-ci ildə diplomatik əlaqələr qurmuşuq. BMT və digər beynəlxalq təşkilatlarda, mötəbər tədbirlərdə Fələstinə daim dəstək vermişik. Bu gün Bakıdakı Fələstin səfirliyi fəaliyyət göstərir. 2011-ci ildə Fələstin prezidenti Mahmud Abbas Azərbaycanın dəvəti ilə Bakıya səfər edib. Azərbaycan Fələstin məsələsini BMT TŞ-nın qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil edib. Azərbaycan rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan edib. Müəyyən dövrlərdə Fələstinə maliyyə və hümanitar yardımlar da etmişik. Yəni Azərbaycan-İsrail əlaqələri Fələstinə və ya digər dövlətə qarşı yönəlməyib. Azərbaycan-İsrail münasibətlərinin yaxşı olması imkan verir ki, biz daim Fələstin məsələsini qaldıraq, problemin həllində yardımçı olaq".