16:20
714
6-7 noyabr 2025-ci il tarixində Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşa şəhərində 5. Manas Forumu “Regional və qlobal inkişaf əsasında Türk dünyası” beynəlxalq konfransı keçirilib. Forumda 8 ölkədən (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, KKTC, Özbəkistan və bu.) onlarla alim və mütəxəssislər iştirak ediblər.
5. Manas Forumunda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri, siyasi elmlər doktoru Ramilə Dadaşov və Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin böyük elmi işçisi Fərahilə Babayeva-Şükürova da iştirak ediblər.
“Yeni dünya nizamına keçid prosesi və Türk Dövlətləri Təşkilatı” mövzusunda məruzə edən Faiq Ələkbərli bildirib ki, bir tərəfdən Şuşa bəyannaməsi (Azərbaycan-Türkiyə birliyi) və Bakı müqaviləsi (Azərbaycan-Türkiyə-Pakistan ittifaqı), digər tərəfdən Türk Dövlətləri Təşkilatının fəaliyyətini daha güclü və ən əsası siyasi birlik kimi davam etdirəcəyinə zəmanət verməsi, təkcə Yaxın Şərqdə deyil, həm də dünyada yeni bir güc mərkəzinin yaranmasından xəbər verir. Faiq Ələkbərli: “Şübhəsiz ki, bu yeni güc mərkəzinin mərkəzində Azərbaycan və Türkiyə dayanır. Yəni regional və beynəlxalq düzəndə gedən proseslər də Azərbaycanın və Türkiyənin öncülüyünü nümayiş etdirir. Fikrimizcə, Türkiyənin qüdrətli qlobal gücə çevrilməsinin təməlində Azərbaycanın 44 günlük müharibədə qələbə çalması, ardınca Şuşa bəyannaməsi, Bakı müqaviləsi və Türkiyə Cümhuriyyətinin 8-ci İstanbul Zirvə Toplantısı dayanır. Dünya yeni bir gücün meydana çıxmasına “hamilə”dir və bu gücdə Türk Dövlətləri Təşkilatıdır”.




