6 Noyabr 2025 16:43
3 535
Gürcüstan hakimiyyəti ABŞ-la münasibətləri açıq şəkildə nəzərdən keçirməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə Gürcüstana qarşı təhdidlər edilib ki, Tbilisi bunu yolverilməz hesab edib. Kaladze vurğulayıb ki, Gürcüstan müstəqil ölkədir və bir çox nəsillər onun uğrunda mübarizə aparıb.
Siyasətçi əlavə edib ki, Gürcüstanın hakim partiyası ilə ABŞ-ın hazırkı prezidenti Donald Trampın administrasiyasının mövqeləri böyük ölçüdə üst-üstə düşür. O cümlədən, bu, ölkədəki müəyyən qüvvələrin xaricdən maliyyələşməsi məsələsinə aiddir.
Məryəm Quliyeva
10:35
798
25 Mart 18:25
1 400
25 Mart 15:09
1 358