Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL İqtisadiyyat

Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL

İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri sözün həqiqi mənasında heyrətamizdir. Zəfərdən keçən 5 il ərazində həyata keçirilmiş infrastruktur və digər layihələrə nəzər salanda görülmüş işlərin miqyasının nə dərəcədə böyük olduğu meydana çıxır.

Bu işlərin mühüm hissələrindən biri heç şübhəsiz ki, Zəngəzur dəhlizinin Azərbaycan tərəfində həyata keçirilən layihələrdir.
Horadizdən Zəngilanın Ağbənd qəsəbəsinə uzanan yol boyu Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəlməsi, yeni magistrallar, tunellər, körpülər bir zamanlar dağıdılmış torpaqlarda həyatın necə sürətlə bərpa olunduğunu göstərir. Bu gün burada - Azərbaycanın cənub-qərb sərhədində – ölkənin iqtisadi gələcəyini müəyyən edən iki mühüm layihə – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Horadiz-Ağbənd dəmir yolu icra olunur.

Horadiz-Ağbənd dəmir yolu

“Azərbaycan Dəmir Yolları” QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin tikinti meneceri Cavad Əlövsətov bildirir ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi üç mərhələdə aparılır. Birinci mərhələ Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlı mənzillərini əhatə edir. Burada işlərin böyük hissəsi artıq tamamlanıb və dəmir yolu vasitəsilə Araz İqtisadi Sənaye Parkına yük daşınması həyata keçirilir.

İkinci mərhələ Soltanlı-Qumlaq-Həkəri-Minçivan stansiyalarını birləşdirir. Əlövsətovun sözlərinə görə, bu hissədə torpaq işləri və mühəndis qurğularının inşası davam edir. Məhz burada Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilib - 771 metr uzunluğunda, 23 aşırımlı körpü bu layihənin ən mühüm mühəndis nailiyyətlərindən biridir.

Üçüncü mərhələdə isə tunellər və qoruyucu qalereyalar üzərində işlər aparılır. Tunellərdə tikintinin 71 faizi artıq tamamlanıb. Dəmir yolu xəttinin 99-cu kilometrində yerləşən qalereya dik qaya süxurları ilə əhatələndiyi üçün xüsusi mühafizə məqsədi daşıyır. Qalereyanın uzunluğu 108 metr, konstruksiyası isə monolit dəmir-betondandır.

Hazırda ümumilikdə 110 kilometr uzunluğunda Horadiz-Ağbənd dəmir yolu xəttinin 68 faizi icra olunub. 66 kilometrlik hissədə yolüstü konstruksiyalar artıq quraşdırılıb. Cavad Əlövsətov bildirir ki, yekun tamamlanma tarixi texniki və təşkilati amillərdən asılı olsa da, işlər plan üzrə davam edir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşasının birinci texniki dərəcəyə uyğun şəkildə aparıldığını vurğulayır. 123,6 kilometr uzunluğundakı magistralın 78,5 kilometri altı, 45,1 kilometri isə dörd hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5 və 29 metr təşkil edir.
Əsas yolun tikintisi 95 faiz icra olunub.

Həsənovun sözlərinə görə, bu yol üzərində 8 yol qovşağı, 44 altkeçid, 5 üstkeçid və 314 müxtəlif diametrli mühəndis qurğusu tikilib. Üç tunelin ümumi uzunluğu 12 kilometrdir. 24 körpüdən 23-nün tikintisi artıq başa çatıb, birində isə işlər davam edir. Alternativ olaraq Horadiz-Cəbrayıl-Zəngilan yolu artıq istifadəyə verilib. Yeni magistral üzrə tikinti işlərinin gələn ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur.

Azərbaycanın tranzit rolu güclənir

Horadiz-Ağbənd dəmir və avtomobil yolları təkcə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması üçün deyil, bütövlükdə Azərbaycanın Zəngəzur dəhlizi konsepsiyasının reallaşması üçün əsas infrastruktur dayaqlarıdır. Bu layihələr Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin etməklə yanaşı, Türkiyəyə və oradan Avropaya yeni nəqliyyat marşrutu açır.
Layihələrin tam başa çatmasından sonra Orta Dəhliz vasitəsilə illik 15 milyon ton əlavə yük daşınması mümkün olacaq. Bu, Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, ölkəni regionun əsas logistika qovşaqlarından birinə çevirəcək.

Zəngəzur dəhlizi – yeni geoiqtisadi mərhələ

Son illər Cənubi Qafqazda geoiqtisadi mənzərə dəyişməkdədir. Azərbaycan bu prosesdə əsas təşəbbüskar kimi çıxış edir. Zəngəzur dəhlizi – yaxud beynəlxalq səviyyədə təqdim olunan adı ilə TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) artıq siyasi ideyadan real iqtisadi reallığa çevrilib.

Dəhlizin hüquqi təməli 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində qoyulub. Daha sonra ABŞ vasitəçiliyi ilə aparılan danışıqlarda layihə beynəlxalq konsorsium modelinə daxil edilib. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın öz ərazisində gördüyü işlər 2026-cı ilin ortalarına qədər tamamlanacaq, əgər digər ölkələrdə də proses eyni sürətlə davam etsə, dəhliz 2028-ci ilin sonuna qədər tam açılacaq.
Azərbaycan paralel olaraq Araz koridoru adlanan alternativ marşrutu - Ağbənd-Kelalə körpüsünü də inşa edir. Bu körpü 2025-ci ilin sonuna qədər istifadəyə veriləcək və Bakı-Naxçıvan bağlantısını sığortalayan əlavə yol kimi çıxış edəcək.

Ərazidə aparılan işlər, icra olunan layihələr belə qənaətə gəlməyə imkan verir ki, Zəngəzur dəhlizi artıq kağız üzərində deyil - torpaq, beton və poladla qurulan reallıqdır. Relslər, körpülər, tunellər və magistrallar Azərbaycanın gələcək iqtisadi xəritəsini cızır. Bu layihə tam başa çatdıqdan sonra ölkə nəinki regionda, bütövlükdə Avrasiya nəqliyyat sistemində strateji tranzit mərkəzinə çevriləcək.

Bölgə həm dəmiryolu, həm də avtomobil yollarının bağlantısı baxımından hab rolunu oynayacaq. Azərbaycan bu gün Zəngəzur dəhlizinin açılması üçün üzərinə düşən vəzifələri dəqiqliklə icra edir. Burada söhbət həm də ondan gedir ki, ölkəmiz öz imzasına və vədinə sadiqdir. 2020-ci ilin 10 noyabr bəyanatı ilə bağlayan proses bu gün tam gücü ilə davam edir. Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Bu reallığın əsas komponentlərindən biri isə Zəngəzur dəhlizinin və digər marşrutların açılmasıdır.

Qalib Azərbaycan bütün ambisiyalarını bir kənara qoyaraq, bu gün bölgənin inkişafı, Cənubi Qafqazın çiçəklənməsi üçün Ermənistan əl uzadır, üzərinə düşənləri dəqiqliklə icra edir. Horadiz-Ağbənd xəttində aparılan işlər, icra infrastruktur layihələri Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə dişən hissəsinin tez bir zamanda hazır olacağını göstərir.

Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar - TƏHLİL