AZAL: Bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava səbəbindən təxirə salınıb
Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitiriblər
Rusiya MN: Sutka ərzində Ukraynaya məxsus 811 PUA və 9 aviasiya bombası vurulub
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 122 mln. manatı ötüb
Bu il dövlət büdcəsinə 9 mlrd. manata yaxın vergi daxil olub
6 Noyabr 2025 17:19
3 136
"Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda qeydə alınan heç-heçə hər iki komanda üçün ədaləti nəticə olub.
Bunu "Report"a açıqlamasında adı çəkilən komandaların sabiq qapıçısı Asmir Beqoviç deyib.
2015-2017-ci illərdə "Çelsi"nin, 2019/2020 mövsümündə isə "Qarabağ"ın formasını geyinən qolkiper UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turuna təsadüf edən komandaların duelindən danışıb:
"Görüşü izləmək imkanım oldu. Həqiqətən çox baxımlı və maraqlı qarşıalşmaya şahidlik etdik. Azərbaycanlı futbol azarkeşlərini təbrik edirəm. 1 xalı uğurlu nəticə saymaq olar. Matçdan əvvəl proqnozum heç-heçə idi və dediyim kimi də oldu. "Qarabağ"ın oyununa diqqət etdim, çox yaxşı çıxış etdilər. Komanda həqiqətən gücünü artırıb. Onları uğurlu mübarizələrinə görə təbrik edirəm".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesabı ilə yekunlaşıb.
07:26
903
5 İyul 20:01
1 631
5 İyul 20:00
1 512