“İran düşünməsin ki, İrəvan bir gün ona da dişlərini qıcamayacaq” Siyasət

“İran düşünməsin ki, İrəvan bir gün ona da dişlərini qıcamayacaq”

Rövşən Məmmədli: "Odur ki, bu dişləri möhkəmlətmək yox, vaxtında çıxarıb atmaq lazımdır"

"Ermənilərin faktları saxtalaşdırmaq, yalan, hiyləgər hərəkət və təbliğatla dünyanı aldadıb, eləcə də ermənipərəst hakimiyyətlərin və ictimai şəxslərin dəstəyindən yararlanıb Dağlıq Qarabağı ələ keçirmək siyasətləri son vaxtlar bir qədər böhran dövrünü yaşayır". Bunu siyasi ekspert Rövşən Məmmədli deyib. Onun sözlərinə götə, bu hal erməni başbilənləri, faşist millətçilərini olduqca əsəbləşdirir, qəzəbləndirir: "Bu qəzəb, hikkə erməni siyasi icmalçılarınının son dövr açıqlamalarında da özünü aşkar büruzə verir. Rusiya ilə Türkiyənin mehriban qonşuluq xəttinin yenilənməsi, güclənməsi, hər iki ölkənin iqtisadi sahədə bir-birinə dəstək olan addımlar atması, həmçinin Birləşmiş Ştatlarda Donald Trampın prezident kürsüsünə yiyələnməsi erməniləri əməll-başlı qıcıqlandırır". Rövşən Məmmədli bildirib ki, erməni icmalçılarının açıqlamalarında antirusiya xətti, İrəvan mətbuatında Rusiyanın erməniləri aldatması, Ermənistandan yalnız öz marağı üçün istifadə edib, ermənilərin marağını nəzərə almaması kimi fikirlər geniş yer almaqdadır: "Bu açıqlamaları oxuyanda ermənilərin xarici dəstəyə arxalanıb artıq Dağlıq Qarabağı özününkü kimi hiss etdikləri, ancaq son vaxtlarda dünyada baş verən mühüm hadisələrin erməni "planını" bir qədər unutdurması, bu "planın" baş tutmayacağı qorxusu onlarda təəccüb doğuracaq dərəcədə məyusluq yaratması aydın görünür. Bu açıqlamalardan o da aydın görünür ki, ermənilərin Rusiyaya bel bağlamaları, Rusiyaya "sədaqətli" olmaları yalnız Azərbaycanın qədim torpaqlarını ələ keçirməkdə onlara kömək etməsinə köklənib. Əgər belə olmasaydı İrəvan 180 dərəcə üzünü Rusiyadan çevirib, dərhal Qərbdə, okeanın o tayında özünə yeni himayədar axtarmazdı. Görünür Rusiya da ermənilərin bu satqınlığını yaxşı bildiyindən, hələ də onların nazı ilə oynayır". Ekspert onu da diqqətə çatdırıb ki, türkə nifrət yaratmaqla Azərbaycandan rusun əli ilə torpaq almış ermənilər, hələ də bu torpaqlarda öz üzərlərində rusların hegomonluğunu hiss etdiklərindən və bu hegomon Rusiyanın Dağlıq Qarabağı onların xeyrinə "birdəfəlik" həll etməməməsindən, bu məsələnin uzanmasından narazı qaldıqlarından Ruslara da eyni nifrəti bəsləyirlər: "Necə ki, nökər içində ağaya nifrət bəslədiyi kimi. Necə ki, neçə yüz il Osmanlı İmperiyasında yaşayıb, Türklərdən böyük sədəqələr görsələr də, ancaq içlərində bu imperiyaya nifrət bəslədikləri və fürsət düşən kimi də bu
nifrətlərini ortaya qoyduqları kimi. Eyni hissləri bu gün ermənilər Rusiyaya qarşı da içlərində gizlin yaşadırlar. Hərdən dədişlərini qıcıryaraq Rusiyanı daha onun maraqlarına "xidmət" etməyəcəkləri ilə qorxudurlar. Bu gün Rusiya ilə Türkiyənin yaxınlaşması əməlli-başlı erməniləri qorxuya saldığından, artıq açıqcasına Rusiyaya dirəniş nümayiş etdirirlər". Rövşən Məmmədli onu da deyib ki, Azərbaycan hər zaman onun necə bir mənfur ölkə ilə qonşu olduğunu düşünməli, onu yadan çıxarmamalıdır: " Belə "qonşusu" olan millət gərək hər an ayıq olsun. Yoxsa başımız həmişə bunların ucundan ağrıyacaq, günümüz qara olacaq. Erməni icmalçıları öz qəzəblərini hakimiyyətlərinin üzərinə tökürlər. Bu günki hakimiyyəti, xüsusilə Serj Sərkisyanı Rusiyanın nökəri adlandırırlar. Ancaq buna da inanmaq olmaz. Bu sözdə belədir. Hesab edirəm ki, bütün bunlar düşünülmüş, razılaşdırılmış addımlardır. Çünki, Ermənistanda hakimiyyət və xalq Qarabağ məsələsində birdir. Ümumiyyətlə ermənilərin ideologiyaları torpaq işğalında, Türkə nifrətdə bütün erməniləri birləşdirə bilir və çoxdan birləşdirib. Onların "qəzəbli" icmalçıları hakimiyyəti bu cür "sıxmaqla" əslində Rusiyaya ismarıc verirlər ki, bu "Rusiyapərəst" hakimiyyəti yıxarıq, onun yerinə "Qərbpərəstləri" gətirərik və s. Əslində heç Ermənistanda nə Rusiyapərəst var, nə də Qərbpərəst. Bir ideologiya, "Böyük Ermənistan" yaratmaq ideologiyasında birləşmiş xəstə erməni kütləsi, cəmiyyəti mövcuddur. Əgər ermənilərin doğurdan da böyük bir gücləri olsa, yəni özləri güclü olsa, onda nəinki yaxın qonşuların, eləcə də dünyanın başına bəla olarlar. Ancaq heyif ki, hələ dünya bunu görmür. Yaxud görürlərsə də, onlar da öz maraqları üçün bu "erməni marağından" yararlanırlar. Heç yaxın qonşu kimi İran da düşünməsin ki, İrəvan bir gün ona da dişlərini qıcamayacaq. Odur ki, bu dişləri möhkəmlətmək, yox vaxtında çıxarıb atmaq lazımdır".