“Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır“ Siyasət

“Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır“

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqlı deyil: "Münaqişə tez bir zamanda beynəlxalq hüquq normaları çərçivəsində siyasi yolla həll olunmalıdır".