“Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesini bərpa edə bilər” Siyasət

“Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesini bərpa edə bilər”

Jan-Fransua Mansel: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi ilə az maraqlanır"

"Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesini bərpa edə bilər". Bunu fransalı siyasətçi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib. Onun sözlərinə görə, Fransa dinc sakinlərə hücumların qarşısını almaq üçün iki tərəf arasında ədalətli vasitəçiliyi təmin edə bilər. Siyasətçi bildirib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi ilə az maraqlanır və bu münaqişə dondurulmuş hesab edilir: "Minsk qrupunun üç həmsədrindən ikisi - Rusiya və ABŞ diqqətlərini öz milli maraqlarına cəmləyib. Yalnız Fransa təşəbbüsü öz üzərinə götürə bilər". J.F.Mansel qeyd edib ki, Fransa Qafqazda bir çox sahələrdə yaxından iştirak edir, ölkənin həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var.