BRICS dövlətləri 18-ci sammitin yekun bəyannaməsini razılaşdırıblar Dünya

BRICS dövlətləri 18-ci sammitin yekun bəyannaməsini razılaşdırıblar

BRICS-ə üzv ölkələr birliyin Nyu-Dehlidə keçirilən 18-ci sammitinin yekun bəyannaməsini razılaşdırıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NDTV" telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bəyannamənin mətni dövlət və hökumət başçılarının iclası başlamazdan əvvəl şerpalar tərəfindən razılaşdırılıb. Sənədin iclas başa çatdıqdan sonra, yerli vaxtla saat 16:00 radələrində təqdim olunacağı gözlənilir.

Məryəm Quliyeva