Aun: Livan İsraillə yeni danışıqlar aparmır Dünya

Aun: Livan İsraillə yeni danışıqlar aparmır

İsrail qoşunlarının cənub bölgələrindən çıxarılması və məcburi köçkünlərin qayıtması bütün Livan üçün milli prioritetdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin cənubundakı Nəbətiyyə şəhərinə səfər edən və yerli ictimaiyyətlə görüşən respublika prezidenti Jozef Aun bildirib.

"Biz hazırda İsraillə yeni danışıqlar aparmırıq və onun qoşunlarının çıxarılmasını, əsirlərin və məcburi köçkünlərin qaytarılmasını tələb edirik, - deyə o qeyd edib. - Dövlətimiz hazırda dağıdılmış şəhərlərin bərpası üzərində işləyir və mənim Nəbətiyyəyə gəlişim hakimiyyətin vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirmək əzmində olduğunu sübut edir".

Aun vurğulayıb ki, rəhbərlik əhalinin Nəbətiyyə, Sur və Ərəb-Salimdən gələn kömək çağırışlarını eşidib. "Biz kənarda qala bilmərik və sizi dəstəkləmək, dəyanətliliyinizi təmin etmək üçün maksimum dərəcədə hər şeyi etməyə çalışacağıq", - deyə siyasətçi bildirib.

Məryəm Quliyeva