Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar Siyasət

Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Ombudsman təsisatı və təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönündə apardığı işlər" mövzusunda, həmçinin insan hüquqlarının qorunmasının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı aparatın əməkdaşları təhsil müəssisəslərində şəxsi heyətin maddi, məişət şəraitləri, ərzaq, tibbi təminatı və tədrisin vəziyyətini yoxlayaraq, görülən işləri müsbət qiymətləndiriblər.