“Ermənistan demoqrafik böhranla üzləşib” Siyasət

“Ermənistan demoqrafik böhranla üzləşib”

Piter Teys: "Korrupsiya və nepotizm hər bir erməni vətəndaşının rifahına ziyan vurur"

"2017-ci il ərzində Dağlıq Qarabağ münaqişəsi tək Qafqaz və Avropanın deyil, bütün dünyanın qanayan yarası olub". Bu fikri ABŞ-dan olan siyasi ekspert Piter Teys deyib.
O qeyd edib ki, münaqişənin həlli ilə bağlı irəliləyişləri 3 istiqamətdə göstərmək olar: "Birinci Ermənistanın daxili və xarici siyasəti, ikinci Azərbaycanın iqtisadi inkişafı və xarici siyasəti, üçüncü ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT ölkələri və beynəlxalq birlik".
Ekspertin sözlərinə görə, Ermənistan bir sıra daxili çağırışlar və demoqrafik böhranla üzləşib: "Onun milli iqtisadiyyatı tənəzzülünü yaşayır, korrupsiya və nepotizm hər bir erməni vətəndaşının rifahına ziyan vurur".
P. Teys qeyd edib ki, Serj Sarkisyan hakimiyyəti münaqişənin həlli üçün əsas maneədir: "İl ərzində Ermənistan mövcud status-kvonu saxlamaqla konkret danışıqlara getməkdən boyun qaçırıb. Hesab edirəm ki, Ermənistandakı terrorçu rejim Avropanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün təhdiddir".
O əlavə edib ki, digər tərəfdən Azərbaycan öz iqtisadiyyatını gücləndirir, enerji layihələrinə investisiya yatırır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün iradə nümayiş etdirir: "Prezident İlham Əliyev hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün iradə nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycanın iqtisadi inkişafı və milli siyasəti işsizlik səviyyəsini azaldıb və Azərbaycanın güclü, Dağlıq Qarabağ münaqişəsinin həllində etibarlı danışıqlar tərəfi olmasına imkan yaradıb".
Ekspert vurğulayıb ki, Azərbaycanın münaqişənin həllində maraqlı və aktivdir: "Təəssüf ki, Ermənistan tərəfi konkret danışıqlardan çəkinir. Digər tərəfdən il ərzində beynəlxalq birlik hər gün Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını pisləməyib. ATƏT-in Minsk qrupu ikili standartlar tətbiq edib".