Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub Siyasət

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

"Qarşı tərəfin təklifi əsasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovarasında telefon danışığı olub".
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsini və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqlar da müzakirə mövzuları arasında olub.