Jamestown Fondu AXC-nin yubileyi ilə bağlı məqalə dərc edib Siyasət

Jamestown Fondu AXC-nin yubileyi ilə bağlı məqalə dərc edib

Mərkəzi Vaşinqtonda yerləşən Jamestown Fondunun saytında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı geniş məqalə dərc olunub. Məqalə müxtəlif KİV-lərə istinadən hazırlanıb.
TEAS-dan verilən məlumata görə, Fondun Balkan, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə proqram direktoru Marqarita Assenovanın hazırladığı məqalədə qeyd olunub ki, mayın 28-də Azərbaycan müsəlman dünyasında parlament əsaslı hökuməti olan ilk demokratik dövlət – Azərbaycan Demokratik Xalq Respublikasının (ADR) 100 illik yubileyini qeyd edir.
Bildirilir ki, bu münasibətlə dünya miqyasında tədbirlər keçirilir. Tədbirlərdə Azərbaycana, uzun zamandır, mövcud olan Qarabağ münaqişəsinə diqqət çəkilir.
"Ölkə daxilində "İlk Respublika" kimi adlandırılan AXC 23 ay mövcud oldu. Sonra Moskva Azərbaycana nəzarəti ələ keçirdi və beləcə ölkə Sovet İttifaqının respublikalarından birinə çevrildi. 23 ay mövcud olmasına baxmayaraq, suverenliyə və demokratik idarəetməyə yönəlmiş bu həmrəy milli təşəbbüs irsi müasir Azərbaycanın əsas prinsiplərindən biri və Azərbaycan milli kimliyinin formalaşmasında önəmli faktor olaraq qaldı. Bunun bariz nümunələrindən biri budur ki, ilk respublikada təsbit olunan dünyəvilik konsepsiyası 1991-ci ildə ölkəmiz Sovet İttifaqından müstəqillik qazandıqdan sonra hər bir hökumətin mübahisəsiz prinsipi olaraq qalıb.
AXC parlamentinin qəbul etdiyi ən diqqət çəkən qanunvericilik aktlarından biri ümumbəşəri seçki hüququna əsaslanan seçki qanunu idi. Beləliklə, qadınlara bir çox Qərbi Avropa ölkələri və ABŞ-dan əvvəl seçkilərdə səs vermək hüququ verildi. Qanun bütün siyasi partiyaların seçkilərdə rəqabət aparmasına və parlamentdə mütənasib təmsil olunmasına imkan yaratdı. O dövrdəki zəngin və müxtəlif siyasi mədəniyyət, bütün əsas siyasi qrupları, həmçinin yerli azlıqların - erməni və rusların nümayəndələrini əhatə edən parlament hərtərəfli təmsil olunmuşdu.
Lakin, AXC vakkumda deyildi. Türkiyə, Rusiya öz imperial keçmişlərindən çıxaraq, Birinci dünya müharibəsi zamanı əks tərəflərdə vuruşur və regionda üstünlük uğrunda mübarizə aparırdı. Bundan əlavə, Azərbaycan və qonşu ölkələr, Gürcüstan və Ermənistan üçün müstəqillik etnik gərginlik, mübahisəli ərazilər və davamlı münaqişə mühiti ilə müşayiət olunurdu. Onlar bunu Avropa ölkələri tərəfindən rəsmi olaraq tanınma yolu ilə həll etməyə çalışdı. Cənubi Qafqaz ölkələri Paris Sülh Konfransında bu tanınmaya nail ola bilməsə də, müttəfiqlər bolşevik qüvvələr Cənubi Qafqazı ələ keçirməzdən öncə son anda Azərbaycanı faktiki olaraq tanıdı: xüsusilə də, 1918-ci ildə Azərbaycan Bakının ingilis hərbi qubernatoru tərəfindən Dağlıq Qarabağ üzrə yurisdiksiya aldı.
Bu ərazi münaqişəsi növbəti əsr boyunca üstüörtülü olaraq qalır və nəhayət, Sovet İttifaqının parçalanması və dağılması zamanı - 1990-cı illərin əvvəllərində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ və ətraf Azərbaycan əraziləri uğrunda müharibəyə çevrilir. Azərbaycan ilk müstəqil dövlətinin ildönümünü keçirən zaman Qarabağ münaqişəsi təhlükəli bir mərhələyə gəlib çıxır. Ermənistanda İrəvanın siyasi quruluşuna qarşı çıxış edən ictimai etirazlar vasitəsilə qurulan yeni hakimiyyət qeyri-müəyyənlik səviyyəsini yüksəldib. Azərbaycan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağa səfərinə qeyri-qanuni bir hərəkət kimi etiraz etdi. ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 7-11 iyul tarixlərində Berlində keçirilən sessiyasında narahatlıqlarını ifadə edəcək.
Paşinyan mayın 14-də Soçiyə səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib, bu sahədə Ermənistanla Rusiya arasında hər hansı mümkün razılaşmanın əldə olunması Bakıda narahatlıq yaratmışdı. Bundan əlavə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın "Azərbaycan Dağlıq Qarabağın danışıqlarda birbaşa iştirakı olmadan davamlı sülhə nail oluna bilinməyəcəyini dərk etməlidir", - ifadəsi Bakıda daha da narahatlıq doğurdu. Azərbaycan mətbuatında olan şərhlərə görə, əgər Ermənistan Qarabağ ermənilərinin danışıqlara daxil olmasını tələb edirsə, ATƏT-in Minsk Qrupunun qəbul etdiyi "Bakı qaydaları"na görə məcburi köçkün düşmüş Qarabağ azərbaycanlıları da maraqlı tərəf kimi danışıqlarda iştirak etməlidir.
Qarabağ sülh prosesindən narazılıq azərbaycanlı məcburi köçkünlərin Ermənistanın aprelin 2016-cı il tarixinə qədər nəzarətdə saxlamış olduqları ərazilərə geri döndükləri bir zamanda artmaqdadır, Azərbaycan qoşunları "dörd günlük müharibədə" erməni qüvvələrini həmin ərazidən sıxışdırmışdı. Təxminən 20 km2 ərazi Azərbaycan hökumətinin nəzarətinə keçdi, yeni ev və digər binaların tikintisinə dərhal başlanıldı. Bu yeni yüksəliş Qarabağda və Azərbaycanın erməni qüvvələri tərəfindən işğal edilmiş yeddi rayonunda 1994-cü ildə baş verən böyük döyüşün yatırılmasından sonra yaranmış dağıntı ilə müqayisədir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi beynəlxalq diqqəti cəlb etməkdə uğurlu oldu. Buna misal olaraq, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp tərəfindən verilmiş bəyanat, Bakı ilə Vaşinqton arasında terrorizmə qarşı mübarizə və enerji inkişafı sahəsində faydalı əməkdaşlığın vacibliyini vurğulamasını göstərmək olar. "Qarşıdan gələn aylar ABŞ-Azərbaycan əməkdaşlığı üçün daha çox imkanlar yaradacaq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkan yaradır", - deyə Tramp Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubunda bildirib, ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla əməkdaşlıq arzusunu əlavə edib",- deyə yazıda bildirilib.