“Böyük qələbəyə aparan yol böyük risklərdən keçir” Siyasət

“Böyük qələbəyə aparan yol böyük risklərdən keçir”

Qüdrət Həsənquliyev: "Azərbaycanın güclənməsi və bütövləşməsi üçün səfərbər olmalıyıq"

İyunun 24-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyi və üzvləri Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 80 illik yubileyi ilə bağlı Fəxri Xiyabanda onun məzarını ziyarət edib, əklil qoyduqdan sonra partiyanın qərargahında Ali Məclisinin növbəti iclasını keçirib.
Ənənəvi olaraq Azərbaycan dövlət himni ifa olunduqdan sonra iclası açan Ali Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı iştirakçılara qısa məlumat verib. BAXCP sədri Qüdrət Həsənquliyevin İcra Aparatının formalaşdırılması ilə bağlı sərəncamları səsə qoyularaq təsdiqlənib.
Xatırladaq ki, sərəncama əsasən Elçin Mirzəbəyli ictimai-siyasi əlaqələr, Niyaməddin Orduxanlı təşkilati işlər, Bünyamin Qəmbərli isə dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katib (müavin) vəzifəsinə təyin olunublar.
Bununla yanaşı, Ali Məclisin komitə sədrləri də təsdiqlənib.
Daha sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib.
Qüdrət Həsənquliyev Ali Məclisin iclasının Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə üs-üstə düşməsini əlamətdar gün kimi qeyd edib və bildirib ki, bu iclas məhaz Elçibəyin 80 illik yubileyinə həsr edilib. Partiya sədri iyunun 22-də BMM-də Elçibəyin yubileyinə həsr edilən konfransda iştirak edə bilmədiyi səbəbini açıqlayıb: "Həmin gün parlamentdə ATƏT-in 20-dən artıq səfiri ilə görüş kecirildiyindən mən o tədbirdə iştirak edə bilmədim. Amma partiyanın rəhbərliyi tam tərkibdə Elçibəyin yubiley tədbirində iştirak edib. Hesab etdim ki, ATƏT səfirləri ilə görüşüb partiyanın maraqlarını və mövqeyini, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərimizi səfirlərə çatdırmaq daha məqsədə uyğun olardı".
BAXCP sədri qeyd edib ki, həmin görüşdə bir daha əmin oldu ki, Qarabağ probleminin həllini beynəlxlaq təşkilatlardan gözləmək özünü aldatmaq və vaxt itkisindən başqa bir şey deyil: "ATƏT-in münaqişələr üzrə səfiri həmin görüşdə Helsinki Yekun Aktına görə millətlərin öz müqəddaratını təyin etmə hüququna malik olduğu fikrini önə çəkərkən mən ona sual etdim: Niyə bu hüquq Donbas, Abxaziya, Dnestryanı münaqişə bölgələrindəki xalqlara şamil olunmur, Dağlıq Qarabağ probleminə gəldikdə ermənilərlə dil tapıb razılaşmaq və xalqların öz müqəddaratının təyin etmək hüquqna malik olduğu prinsiplərini əsas götürürsüz".
Qüdrət Həsənquliyev bu problemin həllində kənardan rəsmi Bakıya heç bir dəstəyin ola bilməyəcəyini, Avropanın, xüsusən də ATƏT-in ikili siyasətli mövqeyinin bundan sonra da yalnız vaxtın uzanmasına səbəb olacağını vurğulamaqla Azərbaycanın bir il ərzində Rusiya ilə dil tapamasının zəruri olduğunu bildirib. Partiya sədri işğal olunan torpaqlarımızın azad edilməsi üçün Rusiyanın müəyyən maraqlarının Azərbaycanda təmin edilə biləcəyi variantına getməyi zəruri hal hesab edib.
BAXCP sədri onu da eyd edib ki, reallıq bu kimi addımları bizdən atmağı tələb edir: "Elçibəy həmişə mənə Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerdən misal çəkərdi. Bakıda səfərdə olan Tetçer bir dəfə Elçibəyə demişdi ki, bəzi hallarda dövlət basşçıları gərək ölkələrinin maraqları ilə bağlı qəti qərarlar qəbul etməlidirlər. Sonra isə o qərarları beynəlxalq ictimaiyyət nə qədər istəyir müzakirə etsin. Müzakirəyə buraxılan hansısa məsələ ilə bağlı qərar çıxarmaq mümkün olmayacaq, buna imkan verməyəcəklər. Məsələn, bilirsiniz ki, rəsmi London Argentinadakı Folklend adaları ilə bağlı prinsipial qərar qəbul etdi, ora ordu yeritdi və Britaniyanın maraqlarını bərqərar etdi. Dünya birliyi bu halda Britaniyaya heç bir reaksiya verə bilmədi. Ona görə də biz də riskli addımlar atmalıyıq. Böyük uğura, qələbəyə aparan yol böyük risklərlərdən keçir".
Qüdrət Həsənquliyev Elçibəyin lider kimi yüksək keyfiyyətlətə malik olduğundan da bəhs edib. Bildirib ki, Elçibəy kifayət qədər müdrik insan idi: "O, bilirdi ki, müəyyən zamanlarda cəsarətli qərarlar qəbul etmək lazımdır. Bu gün onu və bizi müəyyən məsələlərdə ittiham edənlər keşmişə boylanıb çirkaba necə batdıqlarına nəzər salsalar, daha yaxşı olar. Bizim yolumuz açıq, fəaliyyətimiz şəffafdır, çirkin oyunlara bulaşmamışıq, aramızda Elçibəyə xəyanət edən olmayıb. İdeyamız, tutduğumuz yol bəllidir. Biz öz yolumuzdayıq, Elçibəyə xəyanət edənlər isə bu gün küçələrdə avaralamaqla cəzalarını çəkirlər. Amma təəssüflər olsun ki, çox vaxt əlimizi uzatsaq da, barmağımızı dişləyiblər. Bəzi insanlar o vaxt necə idisə bu gün də o xarakterdə qalıblar. Məqm düşən kimi ona dəstək olan insanı əqrəb kimi sancırlar. Biz onlardan fərqli olaraq ağılla, ortaya siyasi platforma qoymaqla mübarizə aparırıq və inanıram ki, biz yolla uğura nail olacağıq".
BAXCP sədri iyunun 8-9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakıda keçirilən sammitindən da söz açıb: "Bilirsiz ki, BAXCP bu qurumun 2015-ci il tarixdən qurumun tamhüquqlu üzvü seçilib. Alyansın sonuncu topalantısı düşmən Ermənistanda keçirilib və orada Alyansın növbəti toplantısının İspaniyanın paytaxtı Madriddə keçirilməsi planlaşdırılmışdı. Buna baxmayaraq, təşəbbüskarlıq və böyük zəhmətimiz hesabına alyansın növbəti sammitininin Madrid şəhərində deyil, məhz Bakıda keçirilməsinə nail olduq. Çünki ermənilər alyans üzvlərinin fikirlərində Azərbaycana qarşı dəyişikliklər etmişdilər və növbəti toplantının Madriddə keçirilməsi ilə bu fikirlərin daha da möhkəmlənəcəyini nəzərə alaraq, sammitin Bakıda keçirilməsinə nail olduq. Həmin sammitdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən, ağır nəticələrindən söhbət açdıq. Vurğuladıq ki, Azərbaycanın qarşısında duran ən ciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın ərazi bütövlüyünün pozulması, azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması Ermənistanın "böyük Ermənistan" yaratmaq siyasətinin tərkib hissəsidir. "Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq. Bu münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Əgər münaqişə həllini taparsa, ölkəmizdə hərbi sahəyə qoyulan vəsait digər sahələrə yönəldilə bilər. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını düşünürük. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların sənədlərinə əməl etmək lazımdır".
Partiya sədri onu da qeyd edib ki, BAXCP ölkədə demokratik islahatların aparılması, dövlət quruculuğu prosesinin sürətlənməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermçənistanın işğalçılıq siyasətinin işğası ilə bağlı beynəlxalq tribunalardan cıxışlar edirik. Hakimiyyətə secki, məhkəmə, iqtisadi islahatların aparılmasi ilə bağlı təkliflərimizi diqqətə çatdırırıq: "Biz Elçibəy ideyalarını bu cür həyata keçiririk. Biz qətiyyətlə Azərbaycanın bütövlüyü, müstəqilliyinin qorunması uğrunda mübarizə aparırıq. Keçirdiyimiz daxili və xarici görüşlərimizdə çəkinmədən mövqeyimizi ortaya qoyuruq".
Qüdrət Həsənquliyev çıxışının sonunda BAXCP-nin sıralarında xain və satqınlara heç vaxt yer olmayacağını, yalnız Azərbaycanın bütövləşməsi, güclənməsi və qüdrətlənməsi üçün səfərbər olacaqlarını bildirib.

XC