Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu təsdiqləyib
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları keçirib
“Bu islahat idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər”
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
17:13
602
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində baş verən silsilə oğurluq faktlarının üstü açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən 9 evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb.
Keçirilmiş tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.