Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib - FƏRMAN
Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu təsdiqləyib
17:58
721
Azərbaycanın dünyada nüfuzu daha da artıb, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb.
Bu barədə müdafiə naziri Zakir Həsənov Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində qeyd edib.
Nazir bildirib ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı döyüş əməliyyatlarında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edilib:
"Müzəffər Ali Baş Komandanın inamlı və uzaqgörən siyasəti, qətiyyətli mövqeyi, ordumuzun qüdrəti sayəsində parlaq Qələbə qazandıq, respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdik.
Ötən il Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir".
Zakir Həsənov əlavə edib ki, Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasında mühüm rol oynayacaq:
"Rəşadətli Azərbaycan Ordusu işğaldan azad olunmuş ərazilərdə Vətənimizin keşiyində mətinliklə dayanmaqla genişmiqyaslı bərpa-quruculuq işlərinin icrasına layiqli töhfələr verir".