Pentaqon rəhbəri Ukraynaya yardıma qarşı çıxıb Gündəm

Pentaqon rəhbəri Ukraynaya yardıma qarşı çıxıb

Birləşmiş Ştatlar öz döyüş sursatlarını Ukraynaya göndərmək əvəzinə, öz maraqları üçün istifadə etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset jurnalistlərlə söhbəti zamanı bildirib.

Heqset diqqətə çatdırıb ki, ABŞ hələ də keçmiş prezident Co Baydenin yaratdığı vəziyyətlə, yəni məhz öz döyüş sursatı ehtiyatlarının tükənməsi ilə mübarizə aparır. Müdafiə naziri sursatların hələ də Amerika silahlı qüvvələrinə deyil, Ukrayna ordusuna tədarük edilməsindən narazılığını ifadə edib.

"Hər dəfə geriyə baxıb qarşılaşdığımız hər hansı problemi nəzərdən keçirəndə hər şey eyni nöqtəyə gəlib çıxır: 'bunu Ukraynaya göndərin'", — deyə Heqset vurğulayıb.

Məryəm Quliyeva