21:47
539
“Avropa İttifaqı ölkələrinin ABŞ və İsrailin İranda başlatdığı müharibədə iştirak etməməsi Qərb daxilində mövqelərin fərqləndiyini göstərir”.
Politoloq Oqtay Qasımov “Xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.
O bildirib ki, Avropa İttifaqı ölkələrinin bu münaqişəyə qoşulmaması əvvəlcədən gözlənilən idi: “İran məsələsində tərəflər fərqli mövqe sərgiləyir və Avropa bəzi hallarda İsrailin sərt şərtlərinə daxil olmaq istəmir. Donald Trampın yenidən hakimiyyətə qayıtmasından sonra ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərdə müəyyən soyuma müşahidə olunur. Bu baxımdan təkcə Belçikanın baş naziri deyil, Avropanın digər aparıcı ölkələri də İranla bağlı məsələlərdə kifayət qədər ehtiyatlı davranırlar.Avropa ölkələri Hörmüz boğazı ilə bağlı ABŞ-ın çağırışlarına da dərhal cavab verməyib və bu, tərəflər arasında koordinasiyanın tam olmadığını göstərir. Avropa İttifaqının müharibəyə qoşulmaması regionda güc balansına ciddi təsir göstərməyəcək.
Bu münaqişənin nəticələri əsasən birbaşa iştirak edən tərəflərin hərbi və siyasi imkanlarından asılı olacaq”.
Politoloq əlavə edib ki, Avropanın bu mövqeyi bir neçə əsas amillə bağlıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsinin əsas yükü artıq Avropanın üzərinə düşüb və qitə ikinci bir cəbhənin açılmasında maraqlı deyil.
Yaxın Şərqdə mümkün gərginlik enerji bazarlarına birbaşa təsir edir və enerji daşıyıcılarının qiymətinin artması Avropa iqtisadiyyatı üçün ciddi risklər yaradır.
Politoloq hesab edir ki, hazırkı mərhələdə Avropa İttifaqı bütün potensialını Ukrayna istiqamətinə yönəltdiyi üçün İranla bağlı müharibədə iştirakdan yayınır və bu mövqe yaxın perspektivdə dəyişməyəcək”.
Günel Elxan
23:01
273
22:25
490
21:43
630