Bir ildə 54 partlayışda 14 nəfər ölüb Hadisə

Bir ildə 54 partlayışda 14 nəfər ölüb

2025-ci il ərzində respublika ərazisində 54 partlayış hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, bu, 2024-cü il ilə müqayisədə 13 hadisə və ya 19% azdır. Partlayışlar zamanı 14 nəfər həlak olub, 77 nəfər xəsarət alıb və 13 nəfər xilas edilib.