21:43
630
“Bu dəyişiklik ilk növbədə əməkhaqqı sisteminin daha şəffaf və sadə olmasına xidmət edəcək”.
Bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əvvəlki sistemdə müxtəlif adlarla təqdim olunan əlavələr müəyyən hallarda anlaşılmazlıq yaradır və ümumi mənzərəni mürəkkəbləşdirirdi:
“Yeni yanaşma maaşın əsas hissəsinin daha aydın və proqnozlaşdırıla bilən olmasını təmin edəcək. Bu dəyişiklik sosial təminat baxımından da müsbət nəticələr vəd edir. Pensiya, məzuniyyət ödənişləri və digər sosial təminatlar əsasən baza maaşı üzərindən hesablandığı üçün onun artırılması gələcək ödənişlərin də yüksəlməsinə səbəb ola bilər.
Bununla yanaşı, ekspert bəzi hallarda ümumi gəlirin dəyişməsi ehtimalının da mövcud olduğunu bildirib.Əgər əvvəlki əlavələr tam şəkildə baza maaşına inteqrasiya olunmazsa, bu, müəyyən kateqoriya dövlət qulluqçuları üçün real gəlirin azalmasına səbəb ola bilər. Eyni zamanda, performansa əsaslanan stimullaşdırıcı mexanizmlərin aradan qaldırılması motivasiya baxımından müəyyən risklər yarada bilər”.
Ekspertin sözlərinə görə, yeni model dövlət büdcəsi üçün daha proqnozlaşdırıla bilən xərclər formalaşdırır və bu da maliyyə planlaşdırmasını asanlaşdırır:
“İslahat şəffaflıq və sosial təminat baxımından mühüm üstünlüklər yaratsa da, tətbiq prosesində motivasiya və real gəlir balansının qorunması əsas məsələlərdən biri olaraq qalır”.
Günel Elxan
23:01
273
22:25
490
21:47
546