“Baş nazir siyasi xəttini dəyişməyib” Siyasət

“Baş nazir siyasi xəttini dəyişməyib”

"Paşinyan siyasi xəttini dəyişməyib". Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Paşinyan baş nazir olan kimi Rusiyanı sakitləşdirmək üçün bəyanatlar verdi:
"Putinlə görüşdə də rus sahibinə təriflər yağdırması erməni yaltaqlığının tarixi ənənəsidir. Hər sözün arxasında əməl durmalıdır. Paşinyan sözdə Rusiya ilə olduqlarını deyir, əməldə isə ayrı siyasət yürüdür. Görünən odur ki, Moskva-İrəvan problemləri yaşanmaqda davam edəcək".
Politoloq vurğulayıb ki, Paşinyanın Moskvaya növbəti mesajları Brüsseldən gözlədiyini almadığı üçün başlayıb:
"Ermənistanın yeni sahib axtarışı uğursuzluqla nəticələnındən sonra köhnə sahibinə mesajlar yollayır. Paşinyan bir əldə iki qarpız tutmaq istəyirdi. Həm Rusiyanın hərbi müdafiəsini almaq, həm də Qərbin maddi dəstəyini qazanmaq niyyətində idi. Bu da geniş çərçivədə mümkün deyil. Brüssel Moskvanın nəzarətində olan İrəvana yatırım etməyəcəyini açıq bildirdi. Əvəzində Ermənistanın qərbyönümlü hakimiyyəti Qərblə Rusiyanın arasında manevr etməyə davam edir. Mən buna çabalamaq da deyərdim".
Politoloq qeyd edib ki, düşmənlərimizin Qərbin investisiyasına, Rusiyanın da müdafiəsinə ehtiyacı var:
"Bunun da ikisini eyni vaxtda almaq mümkün deyil. İrəvan yuxarıda qeyd etdiyim iki istəyinin birindən imtina etməyə məhkumdur. Çox güman ki, Qərbin dəstəyindən imtina edəcək. Çünki Rusiyanın müdafiəsi Ermənistan üçün daha həyati əhəmiyyət kəsb edir. Belə olduqda isə Ermənistanda sosial fəlakət daha da dərinləşəcək və "inqilab"ın heç bir xeyri olmadığı, Paşinyanın mahiyyətcə Sərkisyandan fərqlənmədiyi üzə çıxacaq".