“Ermənistan ədalətsiz mövqeyini qoruyub saxlamaq istəyir” Siyasət

“Ermənistan ədalətsiz mövqeyini qoruyub saxlamaq istəyir”

"Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşməsinin rəsmi tərəfləri vardır. Paşinyan ölkə rəhbərliyinə yeni seçilib. Ona görə də bu görüşün baş tutması təbii bir haldır". Bunu siyasi ekspert Tamerlan Vahabov deyib. "Biz bilirik ki, Ermənistan dövləti öz ədalətsiz mövqeyini və ədalətsiz mövqeyi nəticəsində əldə etdiyi bütün nəticələri qoruyub saxlamaq istəyir. Bunun leqitimləşdirilməsi üçün əlinin altında olan hər bir şəraitdən, imkandan istifadə edir. Təbii ki, digər iqtisadi, siyasi məsələlərdən başqa burada Qarabağ məsələsi və Rusiyanın oradakı rolu da hər ehtimalla müzakirə olunacaq. Paşinyan tərəfindən bu cəhdlər göstəriləcək", - deyə, T.Vahabov bildirib.
Onun sözlərinə görə, bu məsələlərdə Azərbaycanla Rusiyanın münasibətləri xüsusi önəm kəsb edir: "Çünki Rusiya regionun iri və nüfuzlu dövlətlərindən biridir. Təbii ki, Ermənistan kimi kiçik və az əhəmiyyətli bir dövlətin dediyi və onun maraqlarına uyğun olaraq öz siyasətini müəyyən etmir. Rusiyanın öz normativ maraqları var. Azərbaycanla Rusiya arasındakı mövqelərdə müəyyən yaxınlaşmalar var".