15:24
406
Rusiya hücum dronları Kiyevdəki Şimal Körpüsünə zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, Şimal körpüsü Ukrayna ordusunun maraqları çərçivəsində qoşunların yeridilməsini və hərbi yüklərin çatdırılması üçün logistikanı təmin edirdi. Nazirlik "Varyaq" pilotsuz sistemlər qoşunlarının əlahiddə briqadasının zərbə dronları tərəfindən körpünün vurulması kadrlarını dərc edib.
Məryəm Quliyeva