Fazil Mustafa: "İran bu addımı atmalıdır" Dünya

Fazil Mustafa: "İran bu addımı atmalıdır"

“İran TRIPP layihəsinin qarşısında maneə yaratmaq düşüncəsindən uzaqlaşmalıdır”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa bu barədə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, İran regionun inkişafını düşünürsə və Hörmüz boğazında yaranmış problemlərin həlli istiqamətində irəliləyiş əldə etmək, alternativ yollardan istifadə imkanı qazanmaq istəyirsə, layihəyə münasibətini dəyişməlidir:

“Təbii ki, İran əvvəl-axır bu layihənin qarşısında hansısa bir maneə yaratmaq düşüncəsindən uzaqlaşmalıdır. Çünki əgər bir doğrudan da regionla bağlı inkişafı düşünürsə, müəyyən dərəcədə özünün də Hörmüz boğazında yaranmış problemlərin həlli istiqamətində hansısa bir irəliləyiş əldə eləmək istəyirsə, alternativ yollardan istifadə imkanı qazanmaq istəyirsə, bu layihəyə münasibəti dəyişməlidir. Və ona görə də bu istiqamətdə yəqin ki, müəyyən açılımlar olacaqdır”.

Fazil Mustafa vurğulayıb ki, TRIPP layihəsi yalnız Azərbaycan üçün deyil, İranın münasibətlərini qoruyub saxlamaq istədiyi Ermənistan baxımından da əhəmiyyətlidir:

“Bu, çünki bu həm də əgər Ermənistanla da münasibətlərini qoruyub saxlamaq istəyirsə, bu təkcə Azərbaycan üçün, Azərbaycan naminə atılan addım deyil, həm də İranın çox dəyər verdiyi Ermənistan üçün vacib olan bir layihədir. Yəqin ki, bu istiqamətdə müəyyən addımların atılmasına şahid olacağıq”.

Günel Elxan