15:15
539
“Əmlak sığortası bazarındakı artımı yalnız vətəndaşların sığortaya marağının yüksəlməsi ilə izah etmək düzgün deyil”.
Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
İqtisadçı qeyd edib ki, əmlak sığortası bazarındakı artıma bir sıra amillər təsir edə bilər:
“Əmlak sığortası bazarındakı artımı yalnız vətəndaşların sığortaya marağının yüksəlməsi ilə izah etmək düzgün olmaz. Burada həm əhalinin sığorta haqqında məlumatlılığının artması, həm də əmlakın dəyərinin yüksəlməsi, kreditlə alınan əmlakların sığortalanması və sığorta şirkətlərinin məhsullarını genişləndirməsi kimi amillər rol oynaya bilər”.
A.Nəsirlinin sözlərinə görə, xüsusilə ipoteka və kreditlə alınan mənzillərin sığortalanması bazarın böyüməsinə təsir edən mühüm amillərdəndir:
“Xüsusilə ipoteka və kreditlə alınan mənzillərin sığortalanması bazarın böyüməsinə təsir edən mühüm amildir. Bundan başqa, daşınmaz əmlakın və tikinti xərclərinin bahalaşması sığorta olunan əmlakın məbləğini də artırır. Eyni sayda əmlak sığortalansa belə, sığorta məbləğinin yüksəlməsi bazarın pul ifadəsində böyüməsinə səbəb ola bilər”.
İqtisadçı bildirib ki, təbii fəlakətlər, yanğın, su basması və digər risklərlə bağlı məlumatlılığın artması da insanların sığortaya münasibətinə təsir göstərə bilər:
“Təbii fəlakətlər, yanğın, su basması və digər risklərlə bağlı məlumatlılığın artması da insanların sığortaya münasibətini dəyişə bilər. Lakin burada mühüm məsələ sığortalanan əmlakların sayının artması ilə sığorta haqlarının artmasını bir-birindən ayırmaqdır. Əgər artım əsasən əmlakların dəyərinin yüksəlməsi hesabına baş verirsə, bu, vətəndaşların sığortaya marağının kəskin artdığını avtomatik göstərmir”.
A.Nəsirli qeyd edib ki, sığorta bazarının böyüməsi şirkətlər arasında rəqabətin artmasına və xidmətlərin daha əlçatan olmasına da səbəb ola bilər:
“Digər tərəfdən, sığorta bazarının böyüməsi şirkətlər arasında rəqabətin artmasına, daha çevik məhsulların yaranmasına və sığorta xidmətlərinin əlçatanlığının yüksəlməsinə səbəb ola bilər”.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə əsas göstərici yalnız sığorta haqlarının artması deyil:
“Uzunmüddətli perspektivdə əsas göstərici təkcə sığorta haqlarının artması deyil, sığortalanan əmlakların sayının və sığorta hadisələri zamanı real ödənişlərin də artmasıdır. Bu, əhalinin sığortaya etimadının formalaşması baxımından daha vacib göstəricidir”.
Günel Elxan
16:03
252
16:01
266
15:59
280