“Su basmasına meyilli ərazilərdə risklərin azaldılması üçün konkret tədbirlər planı hazırlanmalıdır”
Britaniyalı nazir: Azərbaycanla Britaniya arasında birbaşa səfərlərin sayını artırmalıyıq
Britaniyalı nazir: Azərbaycanla qeyri-neft ticarətini genişləndirmək istəyirik
Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq
15:33
427
Bakı Limanının konteyner gücü hazırda 150 min TEU təşkil edir. Birinci mərhələdən əvvəl bu göstərici 100 min TEU olub. Yaxın gələcəkdə isə gücün 260 min TEU-ya çatdırılması planlaşdırılır.
Bu barədə Bakı Limanının müşaviri Xudayar Həsənli “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, ikinci mərhələdə Bakı Limanının ümumi yükaşırma gücünün 25 milyon tona, konteyner aşırma gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.
Xudayar Həsənli qeyd edib ki, Bakı Limanından keçən marşrutlar Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Qərb istiqamətini, həmçinin Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan istiqamətini əhatə edir:
“Ötən il Bakı Limanında yükdaşımaların əhəmiyyətli hissəsi Türkmənistan limanlarından daxil olub. Hazırda əsas diqqət Mərkəzi Asiyadan gələn yüklərin, o cümlədən gübrənin daşınmasına yönəlib. Limanda ümumi yüklərin və gübrənin aşırılması üzrə imkanların genişləndirilməsi planlaşdırılır. Məqsəd Mərkəzi Asiyadan gələn yüklərin həcmini artırmaq və Bakı Limanının regionun əsas logistika mərkəzlərindən biri kimi rolunu gücləndirməkdir”.
16:03
357
16:01
350
15:59
329