Pekindən Qərbə sərt cavab: "İrana peyk kəşfiyyatı verməmişik" Gündəm

Pekindən Qərbə sərt cavab: "İrana peyk kəşfiyyatı verməmişik"

Çin İslam Respublikasının Birləşmiş Ştatlarla silahlı münaqişəsi zamanı İrana naviqasiya üzrə kəşfiyyat məlumatları ötürməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Cyaqun bildirib.

"Biz hərbi münaqişələrdən bəhanə kimi istifadə edərək Çinin nüfuzuna xələl gətirmək cəhdlərinə qarşıyıq", - deyə o, Çin xarici siyasət idarəsinin saytında vurğulayıb. Çin XİN-in rəsmi nümayəndəsi İrana peyk kəşfiyyat məlumatlarının, həmçinin yerləşmə yerini təyin etməyə imkan verən digər informasiyaların ötürülməsi ilə maraqlanan qərb jurnalistinin sualına bu cür cavab verib.

Quo Cyaqunun dəqiqləşdirdiyinə görə, "Çin hər zaman öz beynəlxalq öhdəliklərini dəqiqliklə yerinə yetirir".

Məryəm Quliyeva