“Ermənistan investorların diqqətlərini cəlb etməyəcək” Siyasət

“Ermənistan investorların diqqətlərini cəlb etməyəcək”

"Nikol Paşinyan artıq nitq söyləyərək müxalifətçilik etməyini bir kənara qoyub, ölkənin rəhbəri və lideri olmalıdır". Bu barədə Ermənistanın sabiq müdafiə naziri, Respublika partiyasının üzvü Vigen Sarkisyan Facebook səhifəsində yazıb. Onun fikrincə, erkən parlament seçkilərindən sonra yeni parlament formalaşdırılıb, lakin bu parlamentdə real müxalifət təmsil olunmur ki, bu da istər ölkənin gələcəyinə, istərsə də Paşinyana və onun tərəfdarlarına ciddi risklər yaradır.
Vigen Sarkisyasn Nikol Paşinyanın digər çatışmayan cəhətləri barədə də yazıb. SİTAT: "Hakimiyyətə olmasının 8-ci ayında o, hər şeyi öncəki hakimiyyətin üzərinə yıxmağa cəhd edib. Artıq ciddi olmağın və cavabdehliyi öz üzərinə götürməyin vaxtı çatıb. Öncəkiləri ittiham etmək nə qədər rahat olsa da, bu mövcud problemlərin həllinə, ölkənin inkişafına, eləcə də xalqın, həmçinin beynəlxalq partnyorların hakimiyyətə inamına heç bir köməklik göstərməyəcək".
"Bundan əlavə, ölkə deyilməyəcək dərəcədə keçmişi və gələcəyi olan dövlətə çevriləcək ki, bu da nə investorların, nə də potensial repatriantların diqqətlərini cəlb etməyəcək", deyə yazan Vigen Sarkisyan Nikol Paşinyanın xalqı gündəlik efirə öyrətdiyini yazaraq, artıq bu dövrün də geridə qaldığını qeyd edib: "İndi, işləməyin və nəticələr əldə etməyin vaxtıdır".